Hadisə

Təbriz konsulmuzun qəzası barədə…

Azərbaycanın Təbriz Konsulluğunun konsulu Ramil İmranov Culfa-Təbriz avtomagistralda Mərənd qəsəbəsi yaxınlığındakı avto-qəzada həlak oldu. Allah rəhmət eləsin. Səbəb nədir?

Yəqin ki, İran polisi və istintaq orqanları ölüm faktı üzrə araşdırma başlayıblar. Çox yəqin ki, Azərbaycan tərəf hüquq-mühafizə sistemi də, vətəndaş- diplomatımızın ölümünün və eynilə də hadisənin baş vermə səbəbinin də aydınlığı üçün bu işi nəzarətdə saxlayar, İran ilə əlaqəli.

Faciəvi hadisəyə müstəqil, ixtisaslı baxışla nə demək olar, məsələ barədə? Kənar müşahidə ilə, onu demək olar ki, yüngül və böyük tonnaj maşınların ağır, kinetik zərblə toqqüuşmasıdır. Yüngül maşının sürücüsünün sağ qalmasına çox az mümkünat yaradan. Görünən odur ki, ağır kran maşını yolun kənarında dayanıb və minik maşını nədənsə yoldan kənara çıxaraq arxadan ona çarpılıb. Əsas da ki, sağ qabaq tərəfdən tutub zərbə, “kapotu” sola sürçüdüb.

Hadisədə kənar qəsd varmı: başqa maşınla Ramili soldan sağa itələyib sıxışdırıblar, ya maşının vacib hərəkət-idarə detalını qəsdlə əvvəldən, idarəedilməz qədər korlayıblarmı, yaxud, maşına bihuşedici kimyəvi maddəmi atıblar və s? Yaxud da qeyri-qəsd variantımı: maşındakı texniki problem, qarşıya qəflətən hansısa insan, ya heyvan çıxması və Ramilin, bu səbəbdən maşını kəskin sağa çəkməsi, ya da yuxulu ya, (az inamlı da olsa) içkili olması, ya da ani diqqətsizliyi, yüksək sürət həddi, və sair? Bunlar, hadisənin və faktların detallarına müdaxilə imkanlı istintaq orqanının obyektiv, peşəkar və vicdanlı araşdırması ilə aydınlaşar.

Prosesin gedişatı görək necə və nə dərəcədə prosessual aparılır və dürüst fikrimizi deyərik.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb

admin

“Bakının bu hissəsində ilanlar artacaq”- Ekspert HƏYƏCAN TƏBİLİ ÇALDI

admin

“Baku Steel Company” şəhid övladını işdən çıxartdı

admin