DünyaSiyasət

Ərdoğan böyük güclərin qərarına əsasən hələ hakimiyyətdə qalmalıdır

Demək olar ki, bütün günümüz Türkiyə iqtidarının CHP-ni necə ustalıqla parçalamasına baxmaqla keçdi.

Bu gün Türkiyə demokratiyası və Atatürkün partiyası üçün ən qara günlərdən biridir.

Belə göründü ki, ya vəlvələdən, ya zəlzələdən Özgür Özəl ona lazım olan dəstəyi xalqdan ala bilmədi. Burada da insanları qınamaq mənə görə yersizdir.

Bu məsələdə bir doğru bildiyimiz şey var. Vaxtında bir addım atılmayanda, sonra 100 addım atmaq məcburiyyətində qalırsan. Bəzən o da bir nəticə vermir.

Doğrudur, yağışın altında çox yaxşı və “siyasi romantika” ilə dolu şəkillər çəkildi, paylaşıldı və bəyənildi. Özgür Özəlin TOMA-nın üzərindəki şəkilləri lap əla çıxıb. Ancaq bu sadəcə şəkildir, başqa bir şey deyil.

Camaatın nə ölkəsinə, nə də partiyasına söz demək bizə düşməsə də, görünən odur ki, tarix təkrarlanır. İnsan hər ölkədə insandır. Və səhvlər də aşağı-yuxarı bir-birinin eynisidir.

2 milyona yaxın üzvün olsun, camaatı mitinqə topla, bayraq yellə və “Yiğidim Aslanım” mahnısını oxudub yola sal evlərinə…

Hamısı “Böyük Orta Doğu” proyektinin bir hissəsidir. Və Ərdoğan böyük güclərin qərarına əsasən hələ hakimiyyətdə qalmalıdır.

Təbii ki, böyük güclərin alternativləri də var. Amma o alternativlər arasında Özgür yoxdur. Ona görə də bu gün meydanda tək idi…

 

Nəriman İlqaroğlu İsmayıl

Tacxeber.com

Oxşar xəbərlər

İran xaosa sürüklənir və üfüqdə həll yolu görünmür

admin

Azərbaycanla sərhəddə casusluq – ANBAAN GÖRÜNTÜLƏR

redaktor

“İran yataq otağımın pəncərəsini raketlə vurdu, evdə idim” — Netanyahu

redaktor