27.5 C
Bakı
09 İyul 2026 16:00
CəmiyyətGündəm

Xalqı aşağılamaq mübarizə deyil!

Azərbaycan efir məkanına söyüşü Mirşahin Ağayev gətirib.
Ondan əvvəl kiminsə efirdən söyüş söydüyünün şahidi olmamışam. Ancaq Mirşahin Ağayev bütün çıxışlarında fikirlərini bəzən açıq mətnlə, bəzən də sətiraltı söyüşlər üzərində quraraq ömrünü yaşadı.

Bir yaradıcı adamın mübarizəsinin hədəfi necə öz xalqı, xüsusilə də kasıb yaşayan zümrəsi ola bilər?

Bir yaradıcı adamın mübarizəsinin hədəfi necə öz xalqının uşaqları ola bilər?
Bir yaradıcı adamın mübarizəsinin hədəfi niyə öz xalqının aztəminatlı ailələri olmalıdır?

Bir yaradıcı adamın mübarizəsi niyə öz xalqının artımına qarşı yönəlməlidir?

Ümumiyyətlə, bir yaradıcı adam niyə öz xalqını söyməli, aşağılamalıdır?

Niyə də, niyə?!

Bu tərbiyə sizə haradan gəlib, cənab Mirşahin Ağayev?
Heç olmasa adınızdakı “Mir” tituluna hörmət qoyun. Yoxsa sizi belə qaba davranmağa vadar edən elə ərəbzəngi soy kökünüzdür?!

Əminəm ki, maddi durumunuz pis deyil. Təki həmişə yaxşı olsun.
Aptekə getməyə də yəqin ki, korluq çəkmirsiniz.
Yaxşı, bəs bu nəyin əsəbi, nəyin acığıdır ki, bütün kin və nifrətinizi xalqın kasıb təbəqəsinin üzərinə tökürsünüz?!

Deyim ki, çox yaşlanmısınız, qocalıq psixozudur? Yox! O da deyil. Onda deyin, bu nəyin qəzəbidir?

Barı çıxıb öz efirinizdə bu xalqdan üzr istəyəsiniz.
Vallah, ayıbdır.
Bu qədər də olmaz. Ölkədə yazıb danışmalı, çəkib göstərməli o qədər mövzu, o qədər problem var ki…

Yəni istedadınız bu qədərmi tükənib?!
Ancaq düşünürəm ki, hər vəziyyətdə, hər zaman çıxış yolu var: çıxın, xalqdan üzr istəyin. Mərhum akademikimizin də ruhu şad olar.

 

Sabir Zəkullaoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın böyük qələbəsi

redaktor

Ankarada “Böyük Sövdələşmə” və Rusiyanın Logistik Ölümü: Tramp-Zelenski Görüşünün Pərdəarxası

redaktor

Ankarada siyasi şou: Trampın Ərdoğana verdiyi vədlər gündəm oldu

redaktor