Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı təklifini rədd edib.
Agentliyin məlumatına görə, Zelenski Merzin təklifini rədd edib və Ukraynanın ədalətli yanaşmaya və Avropada bərabər hüquqlara layiq olduğunu bildirib.
Zelenski məktubunda bildirib ki, ötən ay keçirilən seçkilərdən sonra Ukraynanın AB üzvlüyünə qarşı çıxan Macarıstanın Baş naziri Orbanın vəzifəsindən kənarlaşdırılması üzvlük danışıqlarında əhəmiyyətli irəliləyiş üçün fürsət yaradıb.
“Ukraynanın Avropa Birliyində olması, amma susması ədalətsizlik olardı. İndi Ukraynanın tam və mənalı üzvlüyü ilə irəliləməyin vaxtıdır. Biz Avropanı qismən deyil, yarımçıq deyil, tam müdafiə edirik. Ukrayna ədalətli yanaşmaya və Avropada bərabər hüquqlara layiqdir”, – deyə Ukrayna lideri qeyd edib.
