CəmiyyətDünya

Ümumdünya Şəhərsalma Forumu bitdi

Qonaqlar getdi, indi gəlin səmimi danışaq.
Bu ölkənin belə bir forum keçirməyə haqqı varmı?

Qonaqların ağlı çatmadı soruşsun, biz soruşaq.

Bakıda tikinti bumu gedən dönəmdə 17 il mer işləmiş Hacıbala müəllim hanı, tədbirdə niyə yox idi?
Danışdırardız, Bakının faciəsi ilə qonaqlar tanış olardılar.

Baş nazirin müavini kimi 30 il tikintini kurasiya etmiş qocaman mühəndis Abit Şərifov tədbirdə deyildi?
Nümunəvi “Alabala” şirkətindən söz açardı.

Bizim ölkənin dünyada tanınmış memarı kimdir?

Dünyanın memarlıq mozaikasında yeri görünən bir şəhərimiz, küçəmiz varmı?

Tikintini şirkətlərimizdən hansı dünyada tanınır?

Bakı yenidən tikiləndə ən çox bina tikən, “Şərurlu İsfəndiyar” memarlıq markanızın qurucusu İsfəndiyar müəllim bu forumda niyə çıxış etmədi?
Bəlkə qonaqlardan kimisə bəyənərdi?

“İmişlililər”, “Hacılar” və s. kimi milli memarlıq və tikinti “marka”larımızın sərgisi yoxdur, qonaqlar baxardı?

Təsəvvür edin ki, Hacıbala müəllim, Abit müəllim, İsfəndiyar müəllim çıxış edirlər forumda.
Başa düşürük nələr olardı.

Forumda Şəki İcra Hakimiyyətinin 15 illik başçısı iştirak edirdi. Şəki Ukraynanın Jmerinka şəhəri ilə qardaşlaşıb, merlər forumda görüşdülər.
Şəkidəki Jmerinka küçəsinin başındakı Füzuli parkı yay aylarında susuzluqdan quruyur. Səbəb nədir? İllərdir su xətti olmasına baxmayaraq, parkla su idarəsi hüquqi mübahisəni həll edə bilmir, yaşıllıq buna görə quruyur. İndi bu Başçı gəlib forumda iştirak edir, şəhərsalmadan danışır.
Şəkiyə Başçı gələndə rusdilli idi, Azərbaycan dilində danışa bilmirdi, indi Şəki ləhcəsində danışır.
Ay qardaş, Şəkidə adam yoxdur, Başçı olsun?
Adam 15 ildir başçıdır, Pandemiya vaxtı Şəkidəki məşhur Babaratma Pirində xəzinə axtarmaq məqsədiylə gizli qazıntı işləri aparıb. İstəsəniz şahid ifadələrini təqdim edə bilərəm.
Necə olur ki, hər il tələbə qəbulunda Şəki ilk yerləri tutur amma onun məmurları kənardan gəlir? Necə olur ey bu?

Ölkənin tikinti biznesi köçəri həyat tərzindən uzaqlaşdığı 100 ili bitməyən adamlardı. Onlar nə bilir sel nədir, zəlzələ nədir, tikinti nədir?
Qonaqlar getdi, yəqin ki, yazdığımızdan narahat olmazsınız.
Öz aramızdır, qəbul etməlisiniz, Forumun ilk günü Allah sizə təbiət vasitəsiylə öz mesajını göndərdi.

Siz səslərin hamısını karvana hürən itlərlə eyniləşdirməyin, dəvələri eşşəklərin quyruğundan açın.
Sizi adam edən, tacir edən rəhmətlik və indiki Sarvanlarasa da hörmət edin.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Cəmil Məmmədliyə əlavə ittihamlar verildi

redaktor

Paltaryuyanı belə quraşdırmayın partlaya bilər – AÇIQLAMA

redaktor

Prezident 22 yaşlı girov qızın necə öldürüldüyünü açıqladı

redaktor