CəmiyyətGündəm

Ölkədə sürətli təbəqələşmə gedir

Baxırsan, bəzi jurnalistlərimiz, ekspertlərimiz, siyasətçilərimiz camaatın onları söyməsindən narahatlıqlarını dilə gətirirlər. Dərs çıxarmaq əvəzinə, cəmiyyətə qarşı daha da aqressivləşirlər. Bəziləri cəmiyyətə qarşı o qədər aqressiv olub ki, cəmiyyətin fikrinə əks getmək üçün hər oyundan çıxırlar. Bu adamlar elə bilirlər ki, bunlar ali varlıqlardır, bunların başı başqa cür işləyir, cəmiyyət isə geridə qalıb, “tupoy”dur. Hər yazılarında, hər danışıqlarında cəmiyyəti aşağılamaq üçün əllərindən gələni edirlər. İddia etmirəm ha, bizim cəmiyyət idealdır. Ancaq əgər bir adam, xüsusilə sosial məsələlərlə bağlı ancaq və ancaq söyülürsə, demək ki, özü qaşınır.

Mənim aləmimdə bir insan yazdığını, danışdığını proqnozlaşdıra bilmirsə ki, buna görə söyüləcək, yoxsa təriflənəcək, o, nə jurnalistdir, nə də siyasətçi! Əgər bilmirsə, o, “tupoy”dur, gerizəkalıdır, təkhüceyrəlidir. Bilirsə, demək, peşəkar qələm fahişəsidir. Baxırsan, çoxusu söyülməkdən narahat olmur, söyüşləri silmir, böyük ehtimalla bunu da uğur kimi görür. Hətta bir qədər sonra yazırlar ki: “Aa, nə yazıram söyürlər, bu cəmiyyət tərbiyəsizdir”. Dolayısı ilə bu, “bir də söyün” mesajıdır! Həzz alır axı! Bu yaxınlarda bir şey də kəşf etdim: əvvəl elə bilirdim ki, ölkədəki bütün qələm fahişələrini tanıyıram, ancaq son günlər “ehtiyatda olan qələm fahişələri”nin daha çox olduğunu anladım.

Ölkədə sürətli təbəqələşmə gedir. Orta təbəqə, demək olar ki, sıradan çıxıb. Yuxarı təbəqə ilə aşağı təbəqə qalıb. Orta təbəqəni isə əvəz edən yeni bir sinif – yarınanlar sinfi meydana gəlib. Həmin o yarınanlar sinfi aşağı təbəqəni, yəni xalqı hər gün aşağılamaqla, əslində, yuxarı təbəqəyə özünü göstərir ki: “Biz də sizdənik, sizdən olmaq istəyirik, sizinləyik”. Bu tiplərin tək qayəsi var: ölüləri, diriləri, yeddi arxa dönənləri söyülsün, əsas odur yarınsınlar, kimsə bunlara tərif desin. Reallıqda tərif də almırlar ha! Bu tiplər özləri də bilir ki, “girirlər”, yuxarıdakılar da bilir ki, bunlar “girmək” üçün özlərini söydürürlər, camaat da bilir ki, bu adamlar “girəndir”. Söyülməkdən narahat olurlarmış. Ay Allah, adamın lap bunların burnundan tutub “a bucu-bucu-bucu” eləməyi gəlir.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Separatçıların yeni qurduqları hərbi mövqelərin peyk görüntüləri yayıldı – VİDEO

redaktor

Paşinyanı devirmək planı işə düşür – Qarabağdan göndərilən “tələbələr” kimdir?

redaktor

Niyamın işlətdiyi “My beach”lə bağlı daha bir şikayət (FOTO)

admin