CəmiyyətGündəmHadisə

Yağış yağan kimi Bakını niyə su basır?

Çox sadə səbəbləri var:

Bakının kanalizasiya sistemi 50 il öncə çəkilib.
O kanalizasiya sistemi çəkiləndə, misalçün 5 bina üçün nəzərdə tutulub. İndi isə o sistemə 500 bina qoşulub.
Əlbəttə o sistem bu qədər yük üçün hesablanmayıb.

Filmlərdə hamımız görüşmüşük.
Avropada kanalizasiya sistemi o qədər böyükdür ki, onun içərisinə düşüb rahat ayaq üstə yerimək olur. Kanalizasiya sisteminin içdə müharibə gedib, atışmalar olub.

Bizdə isə bu belə deyil.

Mərkəzi küçələrdə ona görə gur yağış yağan kimi sistemi daşır, çünki daşıya bilmir o qədər suyu.

Mərkəzdən kənarda kənd, qəsəbələrdə isə ümumiyyətlə kanalizasiya sistemi yox kimidir.
Çünki o yerlərdə misalçün Masazırda, icra hakimiyyəti və bələdiyyələr torpaqları rüşvət alıb kimə gəldi, necə gəldi satıblar.
Camaat da harda və necə ürəyi istədi tikintini ediblər.

Yəni dövlət tərəfindən şəhərsalma olmayıb. Öncədən kanalizasiya sistemi çəkilməyib.
Camaat özü, hərə bir deşik açıb evindən bayıra boru çıxardıb.

Ona görə də bundan sonra hər zaman Bakıda bu su basma problemi olacaq.

İqlim dəyişib.
Qlobal istiləşmə yalnız isti hava demək deyil.
İqlimin anormal dəyişməsi deməkdir.
Misalçün hardasa isti hava və buxarlanma yüksək olur. Külək ordan buludu topa ilə gətirir və yayın günündə 1 günə normadan 3 dəfə çox yağış topa ilə düşür.

Bu bütün ətrafımızda belədir. Çeçenistanda da iki gündən bir yağış sel basır hər yeri, Türkiyədə də, Moskvada da və.s

Hətta cahil türk mediası deyir ki, guya İsrail buludları tutub saxlayırmış. İran o sistemi vurub və indi hər gün Türkiyəyə yağış yağır.
Bizdə də bu axmaq xəbərlərə inananlar var.

Əsl səbəbi isə qlobal istiləşmə, yüksək burxarlanma və buna görə də yağışın topa ilə düşməsi.

Bakı isə buna ümumiyyətlə hazır deyil.
Bundan sonra torpaq alıb ev tikərkən ancaq hündür ərazilərdə.
Misalçün Badamdarda torpağın qiyməti sürətlə qalxacaq.

 

Şəhriyar Məhərrəmov

Tacxeber.com

Oxşar xəbərlər

Prezident maaşları artıran kimi nazirlər qiymətləri qaldırır – Deputat

redaktor

Bax, hal-hazırda mətbuat gününü bayram etmək buna bənzəyir.

admin

Ağbirçək narkoman nənə: “Yoldaşım narkotikdən istifadəyə məcbur edirdi” — VİDEO

redaktor