20 C
Bakı
19 Oktyabr 2026 22:35
DünyaGündəmSiyasət

Sibir xalqı rus olmaqdan bezib çinliləşmək istəyirlər – Putinə müraciət

İrkutskda yaşayan ruslar Putinə video-mesaj ünvanlayaraq məktəb yerlərinin kəskin çatışmazlığından şikayətləniblər.

Onlar Rusiya hakimiyyətindən məktəb tikintisi üçün Çindən maliyyələşdirmə istəmələrini istəyiblər. Görünür, İrkutsk sakinləri Pekindən Moskvadan daha tez kömək alacaqlarını başa düşüblər.

“Biz Çin dilini öyrənməyə hazırıq, çünki inanırıq ki, ona həqiqətən ehtiyacımız var. Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur”, – deyə İrkutsk sakinləri mesajlarında bildiriblər.

İskutsk sakinlərinin çinliləşmək üçün müraciət ünvanladığı Putinin başı isə Ukraynanı “ruslaşdırmağa” qarışıb. Bununla da kifayətlənməyib Moldovanı da, Ermənistanı da, yəqin ki, bizi də ruslaşdırmaq barədə düşünür. Öz ölkəsi isə yavaş-yavaş əldən gedir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor