ABŞ prezidenti Donald Tramp bildirib ki, İran danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb.
“İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Və digər şeylərlə yanaşı, buna razılıq verib”, – deyə o, Ağ Evdə jurnalistlərə danışıqların gedişatı ilə bağlı şərh vermək istənildikdə bildirib.
