BKİ Sumı bölgəsindəki “Axmat” bölməsinə qarşı genişmiqyaslı gizli əməliyyat həyata keçirib.
Açar, Ukrayna kəşfiyyatının öz bölməsinə qarşı istifadə edə bildiyi “keçmiş Axmat əsgəri” olan agent olub.
BKİ-ə görə, məhz onun vasitəsilə komandanlığın iclas otağına gizli qulaqasma qurğusu yerləşdirə və komandanlığın danışıqlarına qulaq asa biliblər. Bundan sonra Ukrayna tərəfi Kadırovun qüvvələrinin cəmləşdiyi ərazilərə zərbələr endirməyə başlayıb.
“Axmat” bölməsi üçün nəticə bütün müharibə dövrünün ən ağır nəticələrindən biri olub: 41 nəfər həlak olub, 87 nəfər yaralanıb və 100-dən çox insan itkin düşüb.
