Gürcüstanın Orta koridorun Avropaya doğru çıxışı istiqamətində əlavə variantlar üzərində işləmək vaxtıdır. Gürcüstanın İranın təsiri altında olması ilə bağlı həm Gürcüstanın daxilində, həm də xaricində məlumatlar yayılır. Məlumatlar ən azı 3 ay bundan əvvəl ciddi xarakter alıb. Qərbdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqda, pul və s. kömək etməsi ilə bağlı ciddi məruzələr hazırlanır.
ABŞ-ın Hadson İnstitutu “İrana tərəf çevrilən Gürcüstan” adlı analitik məruzə hazırladı.
Bir az əvvəl İran mətbuatı Rusiya və Belarusdan hərbi yüklərin məhz Gürcüstan üzərindən İrana daşındığı ilə bağlı məlumatlar yayırdılar. İrana getmək üçün Ermənistan ərazisindən istifadə edilməlidir, Azərbaycan ərazisindən istifadə etməyə ehtiyac yoxdur. Azərbaycan birbaşa həm Rusiya, həm də İranla həmsərhəddirlər.
Ola bilər Gürcüstanın maliyyədən ciddi ehtiyacı var. Qərb dövlətləri, ABŞ və Aİ Gürcüstanla əlaqələri kəsiblər, maliyyə yardımlarını dayandırıblar. Bu da Gürcüstanı digər regionlarda maliyyə axtarmağa vadar etdi.
– İlk olaraq ərəb dövlətləri, xüsusilə BƏƏ ilə əlaqələrini qurdu. Ərəblər Tbilisi ətrafında böyük layihə reallaşdırırlar. İran Gürcüstanda gücləndikcə ərəb layihələrinin reallaşmasına da maneələr artır. Ərəblər bu mövzunu İstanbulda keçirilən Parlamentlərarası İttifaqın tədbirində Gürcüstan rəsmiləri ilə aşkar müzakirə etdilər. Nəticədə, Ş.Papuaşvili Birləşmiş Ərəb Əmirliklərinin parlament spikeri ilə görüşdü. Yaxında BƏƏ-nin Xarici İşlər Nazirliyinin Dövlət nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Gürcüstanda oldu. Gürcüstana getməmişdən əvvəl Azərbaycanda səfərdə oldular. BƏƏ-nin Ermənistanla da əlaqəsi var. Ərəb ölkələrinin başına gələn problemlər və rəsmi Tbilisinin bu problemlərdən baş çıxarmaması, dəvət etdiyi 6,6 milyard dollar məbləğində investisiyaları qoruya bilməməsi artıq göz qabağındadır. Təbii ki, İranın ərəblərlə münasibəti əvvəldən bəlli idi. Sadəcə İran üçün Gürcüstanın daxilində anti-ərəb işi qurmağa müəyyən qədər vaxt lazım idi.
– Tək ərəblər deyil, bir az əvvəl Gürcüstan hökuməti 9 Qazaxıstan vətəndaşını həbs etdi. Bu həbslərin motivasiyası şübhəlidir. İranda müəyyən qüvvələr üçün Qazaxıstan “İbrahim müqaviləsi”nə üzv olmağa hazırlaşan dövlətdir.
– Gürcüstanın Ermənistanla münasibətində isə aşkar irəliləmə var. Birgə hərbi layihələr reallaşdıra bilərlər. İran və Ermənistan rəsmiləri, xüsusilə yüksək çinli rəsmiləri arasında əlaqələrin intensivliyini gizlətmək mümkün deyil. İndi Ermənistanın yüklərinə Gürcüstanda maneə yoxdur. Sıxılmış qaz problemi Gürcüstanın ərazisindəki maneələrlə bağlıdır. Bundan əvvəl iki dəfə belə vəziyyət yaranmışdı. İndiki maneələr ən yüngülüdür.
Yaxın Şərqdə yaranmış vəziyyətə görə Bakıda Ələt limanında maşınların sıxlığını Gürcüstanın hökumətə yaxın ekspertləri Azərbaycanın Gürcüstan maşınlarına maneəsi kimi təqdim etdilər.
– Gürcüstanın İranın təsirində olması daha çox Azərbaycanla əlaqəli mövzularda aydın görünür. Gürcüstanın müstəqilliyinin ilk illəri xaos illəri idi. O dövrdə də Gürcüstanda yaşayan və Gürcüstan vətəndaşı olan azərbaycanlılar bu qədər narahat deyildi, Gürcüstanın xüsusi xidmət orqanları, polisin nəzarəti altındadır. Tez-tez reydlər keçirilir, təyin etdikləri regional strukturların rəhbərlərinin həbsinə qədər gəlib çatıb. Bəlkə də o regionun rəhbərlərinin həbsinin səbəbi Gürcüstan azərbaycanlılarının içərisində İrana bağlı qüvvələrin və birbaşa İranın sözü ilədir. Azərbaycanlıların belə vəziyyəti rəsmi Tbilisinin günahı ucbatından yaranıb.
Gürcüstandakı soydaşlarımız Azərbaycan Respublikasına da ciddi problemlər yarada bilərlər. Təbii ki, bütün bunlar İranın arzusu ilə reallaşdırılan və ya reallaşdırılmış mövzulardır. Gürcüstan hökuməti Azərbaycanın hüquq-mühafizə orqanları və dini işlərlə məşğul olan qurumları dəfələrlə Gürcüstana səfərlər ediblər, vəziyyəti müzakirə ediblər, yerli azərbaycanlılarla görüş keçiriblər.
İranın Gürcüstanda azərbaycanlılar yaşayan regionda təsirinin artmasının məsuliyyəti birbaşa rəsmi Tbilisinin üzərindədir. Bu, rəsmi Tbilisi ilə hansısa maliyyə əlaqəsinə görə daha çox ehtimallıdır. Bunun bünövrəsi də əvvəldən qoyuldu. İranın Gürcüstandakı səfiri İranın Gürcüstana hücumunun 410 illiyini gürcüstanlıların İrana köçməsi adı ilə qeyd etdi. 2008-ci ilin avqust ayında Rusiya ilə müharibə zamanı İran Gürcüstana qaz veribmiş və Gürcüstan onun pulunu ödəməyibmiş. İndi onu əsas götürərək İran Gürcüstandan İsraillə qarşıdurmada məhz İsrailin deyil, İranın mövqeyini müdafiə etməyi tələb etdi və istədiyinə də nail oldu. Sonradan Gürcüstanda İran səfiri diktat qüvvəyə çevrildi. Xarici İşlər Nazirliyinin binasını “təpiklə” açır.
Gürcüstanın Azərbaycanla əlaqəli bəzi layihələrdən imtinası da diqqətdən kənarda qalan deyil. Gürcüstanın əsas söykəndiyi ideya Orta marşrutdur. Özünü Orta marşrutda birinci skripkada göstərməyə cəhdlər edir, bir tərəfdən də Azərbaycan və Qazaxıstanla problem yaradır. Gürcüstan Anakliya limanı və orta koridorun təkmilləşdirilməsi, onun Avropaya doğru çıxışı istiqamətində əlavə variantlar üzərində işləmək, reallaşdırmaq əvəzinə Azərbaycana problemlər yaradır. Gürcüstanda bilirlər ki, indi Azərbaycanın əlində seçimi var. Əlbəttə, Prezident İlham Əliyevin səfərindən sonra Gürcüstan-Azərbaycan münasibətlərində alt qatda bu neqativ destruktiv işlərin görülməsi əslində şərq düşüncə tərzidir.
Şalva Papuaşvili Gürcüstan parlamentinin mükafatını təyin etdi və ilk olaraq bu mükafatı Azərbaycan parlamentinin spikerinə təqdim etdi.
Azərbaycan-Gürcüstan münasibətlərinin gərgin dövrü olub, Gürcüstanın ümumilikdə milli düşüncə tərzi də bizə bəllidir. Bunu neqativ anlamda bildirmirik. Azərbaycan bütün vəziyyəti idarə etmək gücündədir. Gürcüstanın Azərbaycanla münasibətində ən böyük problemi E.Şevardnadzenin SSRİ xarici işlər naziri olarkən İlham Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllimlikdən çıxartması oldu. Ulu Öndər Heydər Əliyev E.Şevardnadzenin o qüsurunu yerbəyer etdisə, Gürcüstanla Azərbaycan arasında olmuş və olan qüsurlar bundan daha kiçik məsələlərdir. Azərbaycan yoluna qoyacaq. Kobaxidze hökumətinin Azərbaycanı daha çox nəzərə alması daha vacibdir.
Gürcüstan bilsin ki, son günlər İran Azərbaycana tərəf dönür.
