29 C
Bakı
13 Avqust 2026 12:14
DünyaSiyasət

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Avropa Parlamentinin Azərbaycana qarşı 30 aprel 2026 tarixdəki qətnaməsində Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı və suçlu Qarabağ separatçılıq liderlərinin həbsi barəsindəki qınaqlı iddiaları təəssüf edicidir.

AP-nin bu xüsusdakı mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə toxunmaqla bərabər, Avropa-Azərbaycan və Azərbaycan Ermənistan münasibətlərinə, həm də, bütöv Cənubi Qafqaz regionun sabitlik quruculuğu prosesinə zərər gətirmə yönlü addım ola bilir.

Qətnamədəki Qarabağ ətrafı bütün məsələlər Ermənistan və Azərbaycan hökumətləri arası, ABŞ-ın da bilsvasitə iştirakı, dəstəyi, eləcə də ayrıca Avropa ölkələri, Almaniyanın da müsbət qarşılaması ilə gedən sülh prosesində başqa məsələlərlə birlikdə iki ölkənin arasında həllini tapa bilər. Ancaq, belə həssas anda bu həssas məsələlərə hansısa kənar müdaxilələr ümumi işə xeyirli deyil, əksinə ziyanlı effekt gətirə bilir.

Nəzərə almaq pis olmazdı ki, yenicə öz həllini tapan Qarabağ münaqişəsini bu cür iddialarla yeni qızışdırma cəhdini Ermənistanda seçkilər ərəfəsi sülh və Qərb-Avropa tərəfdarı olan baş nazir Nikol Paşinyana qarşı, onun rusiyayönlü seçki rəqibləri istifadə edir. Paşinyan və onun hökuməti isə, Qarabağ söhbətini bitmiş sayır!Onda, AP Ermənistana da gərək irad bildirsin!

Hesab edirəm ki, Avropa Parlamentinın bu cür addımı Azərbaycanla Avropa Birliyi arasındakı əməkdaşlıq münasibətlərinə xələllər gətirməz. AP-nın qərarı hüquqi imperativ xarakterli deyil.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor