DünyaHadisəİdman

FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir

FİFA prezidenti Canni İnfantino və qurumun şurası klublarla bağlı yeni qayda üzərində işləyir.

Tacxeber.com  bu haqda “Sport-ekspress”ə istinadən xəbər verir.

Vankuverdə keçirilən Şuranım iclasında qurumun rəhbərliyi bütün tərəflərlə məsləhətləşmələrin başlanmasını yekdilliklə təsdiqləyib.

Müzakirə olunan əsas məsələ klublar üçün məcburi limitin tətbiqidir. Belə ki, ideyaya əsasən, dünyadakı bütün klublar əsas heyətdə minimum öz yetirməsi olan bir yerli gənc futbolçuya (U-20 və ya U-21 yaş kateqoriyasına aid oyunçuya) meydanda yer verməli olacaq.

O da bildirilir ki, hazırda bu təşəbbüs yalnız niyyət mərhələsindədir və yekun qərar qəbul edilməyib. Bununla belə, belə bir qaydanın tətbiqi komandaların heyət quruluşuna ciddi təsir göstərə bilər.

Məsələ ilə bağlı yekun təklifin gələn il FIFA Şurası tərəfindən yenidən müzakirəyə çıxarılması planlaşdırılır.

Yeni limitin tətbiq olunacağı halda klubların buna necə reaksiya verəcəyi isə hələlik qeyri-müəyyəndir.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ İran məsələsinə niyə ehtiyatla yanaşır? – Heydər Oğuz

admin

İsrail Beyrutu vurdu, daha bir “Hizbullah” komandiri öldürüldü

redaktor

“Putin 10-20 milyon rusu qurban verə bilər” – Rusiyalı diplomatdan DƏHŞƏTLİ AÇIQLAMA

admin