DünyaSiyasət

Ağ Evin mətbuat katibi Kerolayn Livitt : Prezident Tramp qorzmazdır

Ağ Evin mətbuat katibi Kerolayn Livitt:

“Başqa bir adamın onun həyatına son qoymağa fəal şəkildə cəhd göstərdiyi zaman baş verən xaos qarşısında Prezident Trampın təmkini heyrətamiz idi.

Prezident Tramp qorxmazdır, çünki o bu ölkəni sevir və Amerika xalqına verdiyi vədləri yerinə yetirmək üçün öz həyatını təhlükəyə atmağa hazırdır.

Qorxusuz bir Prezidentimiz olduğuna görə xoşbəxt olsaq da, cəmiyyətimizə daimi siyasi zorakılıq qorxusunun hakim olduğu bir ölkədə yaşamamalıyıq.”

Bu nə danışır?! Qaçanda xanımını yadından çıxardan “təmkinli” və “qorxusuz” Prezidentin xalq yadına düşər?!!

Yeri gəlmişkən, hamiləliyinin 9-cu ayında olan Livitt də prezidentin yanında olsa da unudulmuşdu və stol altında gizlənməyə məcbur olmuşdu.

Amma Livittin sözləri yaxşı bir Hollivud filmi üçün ssenarinin süjeti ola bilər: ABŞ-ın qorxusuz və heyrətamiz təmkinli 45-ci və 47-ci prezidenti həyatından çox sevdiyi ölkəsinin həyatından çox sevdiyi xalqı naminə həyatını təhlükəyə atmaqdan çəkinməyərək, verdiyi vədləri bir-bir yerinə yetirmək üçün kainatı dəhşətli bir terrorçudan möhtəşəmcəsinə xilas etməklə İsrail xalqını xoşbəxt edir.

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” — Zirvəni fəth edən Vəfa danışdı (VİDEO)

redaktor

Bura Stepanakert deyil, Xankəndidir – Rusiya kanalından maraqlı reportaj (VİDEO)

redaktor

Mayami danışıqları bitdi, Uitkoff yenə də Moskvaya gedir

admin