ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen demokratlar partiyasının tərəfdarı olub.
Eynilə 30 mart 1981-ci ildə “Vaşinqton Hilton” otelində prezident Ronald Reyqan olan tədbirdə atəş açan Con Hinkli də hücum zamanı demokrat partiyasının tərəfdarı idi.
Tramp olan tədbirdə atəş açan K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutundan məzun olub. Reyqana atəş açan Con Hinkli də Texas Texnologiya Universitetində müəyyən fasilələrlə təhsil alıb
Hər iki hadisədə hücumu planlayanlar tək hərəkət ediblər.. Reyqana sui qəsdi planlayan qəzet və jurnallardan ibarət məlumatlar bazası toplayıbsa, Trampa hücum edən rəqəmsal informasiyalardan ibarət faylı olub
Polis və FBİ Allenin kompüterində 1981-ci il hadisəsinin videolarını, “Vaşinqton Hilton”un memarlıq planlarını və Hinklinin məhkəmə ifadələrini tapıb.
Con Hinkli, hadisədən sonra məhkəmə tərəfindən psixi pozuntusu olduğu rəsmən təsdiqləndi.
Koul Allen də hadisədən dərhal sonra xəstəxanada psixoloji müayinəyə götürüldü. Onun hərəkətləri də eyni maddə ilə eyni hesab edilir.
Hinklinin barəsində yazılanlara görə O, cəmiyyətdən qaçan, dostu olmayan və vaxtının çoxunu tək keçirən bir gənc idi. O, real dünya ilə deyil, filmlər və xəyalları ilə yaşayırdı.

Allen həm də bir video oyun tərtibatçısı idi. O, Steam platforması üçün kimya əsaslı oyun hazırlamışdı və son dövrlərdə silahlı hücumlar olan oyunları 1.99 dollara yükləmə proqramlarında satışını həyata keçirir.
Bu, Con Hinklinin özünü “Taksi sürücüsü” filminin qəhrəmanı hesab etməsi ilə çox bənzərdir – hər ikisi reallıqla virtual/kino dünyası arasında özlərini axtarmağa çalışırlar.
Hinkli hadisədən əvvəl həmin ərazidəki otellərdə qalmış idi. Allen isə “Vaşinqton Hilton”un özündə otaq kirayələmişdi.
31 yaşlı Allen haqqında qərb mediasının yazdığına görə ayın müəllimi olmasına baxmayaraq son dövrlərdə onun daha qapalı həyat sürməsi və fərdi şəkildə hərəkət etməsi diqqət çəkir.
Film kimi olan hadisəyə baxın:
Dünən ilk gülləni Trampın mühafizəçisi aldı, zirehli gödəkcə onu xilas elədi. Reyqanın da mühafizəçisi Timoti Makkarti ilk gülləni alan şəxs idi.Reyqana güllə birbaşa dəyməmişdi, rikoşetlə ağciyərinə girmişdi. Allenin də atdığı güllə rikoşetlə mühafizəçiyə dəyib.
Hər iki hadisə ABŞ-ın siyasi baxımdan çox gərgin olduğu bir dövrdə baş verib. 1981-ci ildə Reyqan yeni seçilmişdi və ölkə soyuq müharibənin gərginliyini yaşayırdı. 2026-cı ildə isə Trampın apardığı siyasət və Amerikanın yaşadığı həyat qırmızı xətti keçib.
Birinci hadisədən sonra Reyqan bunu bəhanə edərək bütün Amerika siyasəti ilə bağlı məlumatları mediaya verməkdən imtina elədi və jurnalistlər ilə açıq görüşlərdən qaçdı. İndi də Tramp onun üzərinə çoxsaylı suallar ilə gələn medianı uzaq tutmağa çalışacaq..
