15 C
Bakı
26 Aprel 2026 20:00
DünyaSiyasət

Nyu-York meri Məmdaninin ermənipərəst çıxışı

Azərbaycan və Türkiyədəki islamçıların kumiri Nyu-York meri Zohran Məmdani 1915-ci il hadisələrini soyqırım, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini isə “100 il əvvəl başlamış soyqırım kampaniyasının davamı” adlandırıb. Bu mənim üçün təəccüblü olmadı. Əksinə, Mamdaninin belə davranacağını gözləyirdim.

İslamçı hərəkatların siyasəti haqqında az-çox bilgi yetərlidir ki, Mamdanin ermənipərəst mövqe tutacağını öncədən ehtima edə biləsən. Bütün dünyada oldğu kimi ABŞ-da da siyasi islamçılar əsasən Qətərin pulu ilə təşkilatlanırlar.

Terrorçu “Müsəlman qardaşları”nın əsas hədəfi qeyri-ərəb müsəlman xalqlarının siyasi kimliyini öldürməkdir. Türkiyəni və Azərbaycanı soyqırımında ittiham etmək də bu bu vəzifəyə xidmət edir. Soyqırımı haqqında ittiham insanlarda öz milləti və dövləti haqqında utanc hissləri doğurur və dövlətinə sahib çıxmaqdan çəkindirir.

Respublikaçı Konqresmen Çip Roy Mamdani Qanunu (MAMDANI Act) təklif edib. Qanun qəbul olunarsa, marksizmi və ya İslam fundamentalizmini dəstəkləyən şəxslərin deportasiya edilməsi və vətəndaşlığının ləğv edilməsi mümkün olacaq. Ümid edirəm ki, Konqres bu qanunu qəbul edəcək və Prezident Donald Tramp da onu imzalayacaq. Bu baş verərsə Azərbaycan və Türkiyəni “erməni soyqırımı”nda ittiham edən Mamdanini vətəni Uqandaya, arvadını isə Suriyaya deportasiya etmək üçün hüquqi imkanlar yaradacaq.

ABŞ-dakı yəhudi lobbisinin, xüsusən də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Mamdani Qanunun qəbul olunması üçün əlindən gələn hər şeyi etməyə çağırıram.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna oteli vurdu: 200 rus hərbçi məhv edildi

admin

Həcc ziyarətində onlarla Türkiyə vətəndaşı həlak olub

redaktor

“Yaşar Əliyev çıxışının sonunda diplomatiya üçün qeyri-standart, eyni zamanda kifayət qədər produktik hərəkət etdi” – RƏY

redaktor