15 C
Bakı
26 Aprel 2026 21:00
DünyaSiyasət

İnsident kimə lazım və arxasında kim dururmuş?

Vaşinqtonda baş verən son insident: Ağ Ev müxbirlərinin şam yeməyi zamanı atəş səsləri. İnsident kimə lazım və arxasında kim dururmuş?

Dünən Ağ Ev müxbirlərinin şam yeməyində atəş açıldı, tədbirdə iştirak edən Tramp, Vens və digər rəsmilər dərhal təxliyyə olundu. Hadisə rezonans yaratdı və təbii ki, bu kimi hallarda siyasi podtekst və hadisənin benefisiarlarını(siyasi gəlir əldə edənlər) axtarmaq lazımdır, başqa sözlərlə, bu atışma kimə və nə üçün lazım idi?

ABŞ-da bu cür hadisələr təkcə təhlükəsizlik məsələsi deyil, həm də siyasi kontekstdə oxunmalı hadisədir. ABŞ siyasətində belə hallar demək olar ki, heç vaxt yalnız “hadisə” olaraq qalmır, onlar dərhal siyasi dividendlərə çevrilir.

İlk baxışda bu, təhlükəsizlik zəifliyi kimi görünür, yüksək səviyyəli tədbir, prezident və vitse-prezident səviyyəsində şəxslər iştirak edir və buna baxmayaraq silahlı insident baş verir. Bu isə ictimaiyyətdə narahatlıq yaradır və “təhlükəsizlik haradadır?” sualını gündəmə gətirir.

Amma daha dərinə baxanda siyasi məsələlər ortaya çıxır. Uzun müddətdir ki Tramp Ağ Evdə böyük və müasir bal zalının tikilməsini istəyir. Bu layihə onun şəxsi ambisiyasıdır. Lakin 1 aprel tarixində federal hakim Riçard Leonun tikintini dayandırmaq qərarı bu planlara ciddi zərbə vurmuşdu. 12 apreldə apelyasiya məhkəməsi tikintinin dayandırılması qərarını 17 aprelə qədər uzatdı.

Aprel ayında bal zalının tikintisilə bağlı məhkəmələrin keçirilməsi fonunda belə bir hadisənin baş verməsi Tramp üçün “gözlənilməz” siyasi imkan yaradır. Onun arqumenti sadə və effektivdir: açıq və ya yarı-açıq məkanlarda keçirilən tədbirlər daha risklidir, halbuki Ağ Ev daxilində xüsusi hazırlanmış, təhlükəsizlik baxımından optimallaşdırılmış bal zalı bu cür riskləri minimuma endirə bilər. Təsadüfi deyil ki, hadisədən dərhal sonra o, bu mövzuya toxunan açıqlama verərək bal zalı layihəsini yenidən gündəmə gətirdi. Bundan əlavə insidentdə dərhal sonra bütün “MAGA cameəsi” məhz bal zalının tikilməsinin zərurəti barədə bar-bar bağırmağ başladı.

Bu da “benefisiar kimdir?” kimdir sualına cavab.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Husilər İsrail gəmisini ələ keçirdilər

redaktor

İran hələ nə qədər təmkin göstərəcək?

admin

İbrahim Rəisiyə dair yeni şübhələr: “Ola bilər ki…”

redaktor