Ötən əsrdə bəşəriyyətin qarşısında dayanan vəzifə Yer kürəsindən çıxış, kosmosu fəht etmək idi. Bu vəzifənin həyata keçirilməsi Sovet İttifaqı ilə başlasa da, Nil Armstronqun Aya enişi ilə ABŞ kosmos uğrunda rəqabətin liderliyini ələ keçirdi və bu günə kimi də liderliyini qoruyur.
XXI əsrdə bəşəriyyətin hədəfi və ən böyük vəzifəsi Yer kürəsindən kənarda, kosmosda daimi yaşayış yeri yaratmaqdır. Bu supervəzifənin həyata keçirilməsi uğrunda əsas rəqabət ABŞ-la Çin arasında gedir. Dünyada mövcud olan 200-dən artıq dövlət bu rəqabətdə iştirak etmir.
Doğrudur, Avropanın 27 dövlətini birləşdirən və dünyanın üç böyük iqtisadiyyatından biri olan Avropa İttifaqı, Çinlə strateji rəqabətdə olan Hindistan bu prosesin müşahidəçisi olmaq istəmir. Bu məqsədlə də həm Avropa İttifaqı, həm də Hindistan sürətlə kosmos sənayesini inkişaf etdirməyə çalışır. Avropa İttifaqı və Hindistan ABŞ-ı ötüb-keçməyin mümkünsüzlüyünü anlayaraq Çini ötüb keçməyə çalışırlar. Çini ötüb keçərək dünyanın ikinci ən böyük iqtisadiyyatı olmağa çalışan Avropa İttifaqı və Hindistan üçün əsas vəzifə kosmos uğrunda rəqabəti Çinə uduzmamaqdır.
Yer kürəsindən kənarda, kosmosda daimi yaşayış yeri yaratmaq uğrunda rəqabətin hələlik tək lideri ABŞ-dır. Yer kürəsindən kənarda bir sivilizasiya formalaşdırmağa xidmət edən “Artemis 2” pilotlu missiyasının növbəti uçuşları da “Orion” kapsulunun dörd astronavtla birlikdə Ayın ətrafında dövr edərək Yerə qayıdışı kimi uğurla olsa, ABŞ kosmos uğrunda rəqabətin əlçatmaz qalibi olacaq. ABŞ-ın kosmos uğrunda rəqabətin qalibi olacağını ehtimal etməyə əsas verən önəmli məqamlardan biri də NASA ilə yanaşı SpaceX (Space Exploration Technologies Corporation), Blue Origin, Rocket Lab и Sierra Space, Firefly Aerospace kimi çoxsaylı özəl şirkətlərin mövcud olmasıdır. Dünyanın ən zəngin adamı olan İlon Maskın SpaceX şirkətinin NASA-dan daha ambisiyalı layihələri, Amazon-un sahibi Cef Bezosoun Blue Origin şirkəti SpaceX-lə rəqabəti uduzmamaq strategiyası ABŞ-ın kosmos uğrunda rəqabətdə imkanları kəskin sürətdə artırır.
Kosmosun tükənməz sərvətlərinə çıxış əldə edən dövlət Yer kürəsinin iqtisadiyyatını tamamilə alt-üst edə biləcək imkanlara sahib olacaq. “Interlune” startapının baş direktoru Rob Meyersonun dediyi kimi, “Helium-3” maddəsinə çıxış əldə etmək kosmosa gedib Yerə qayıtmaq üçün yetərli dəlildir. Yer kürəsində “yoxdur” deyilə biləcək qədər məhdud, nadir bir izotop olan “Helium-3” Ayın səthində bol miqdardadır. “Helium-3”-ün Aydan Yerə daşınması kvant kompüterlərini mütləq sıfıra yaxın temperatura qədər soyutmağa imkan verəcək. Bu hal enerji bazarını tar-mar edərək, neft və qazı tamamilə dəyərdən salaraq neftin barrelini 5-10 dollara, qazın qiymətini 30-40 dollara qədər ucuzlaşdıracaq. Bu isə neft ölkələrinin çöküşünə və təxminən 800 milyon insanın qaçqına çevrilməsinə səbəb ola bilər. Belə bədbin ehtimallar da kosmos uğrunda rəqabəti, xüsusilə süni intellekt sahəsində iki əsas rəqib olan ABŞ və Çinin kosmos siyasətlərinə təsir etmək gücündə deyil. Əksinə, data mərkəzlərin nəhəng enerji təlabtı kosmos uğrunda mübarizəni həyati əhəmiyyətli vəzifəyə çevirir. Çünki, süni intellektin liderini müəyyən edəcək amillərdən biri də hansı ölkənin daha ucuz və davamlı enerjiyə sahib olması həll edəcək. .
Ekspertlərə görə, “Helium-3”-ün bir kiloqramının yanmasından əldə edilən enerji 10 milyon əahlisi olan ölkəni bir il elektrik enerjisi ilə təmin etmək üçün yetərli olacaq.
Siyasətçilər və ekspertlər isə xəbərdarlıq edirlər ki, süni intellekt rəqabətinin qalibi dünyanın şərksiz lideri, hətta hakimi olacaq. Məsələn, 2017-ci ildə tədris ilinin açılışı ilə bağlı məktəblilərə müraciətində Rusiya diktatoru Putin demişdi ki, süni intellekt yalnız Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək. “Bu sferada dünya lideri kim olsa, dünyanın hökmdarı da o olacaq.”
Süni intellektin liderliyi uğrunda isə rəqabət ABŞ-la Çin arasında gedir. ABŞ bu prosesin də öncülüdür. ABŞ-ın süni intellektin liderliyi uğrunda rəqabətin qalibi olacağını ehtimal etməyə əsas verən ən önəmli amil bu sahədə nəhəng özəl şirkətlərin mövcud olmasıdır. ABŞ-ın texnologiya nəhəngləri Alphabet, Amazon, Meta və Microsoft süni intellektlə əlaqəli infrastrukturların yaradılmasına nəhəng pullar xərcləyirlər. Belə ki, bu şirkətlər 2026-cı ildə bu məqsədlə təxminən 650 milyard dollar sərmayə qoymağı planlaşdırırlar. Bu 2025-ci ildəki sərmayə qoyuluşundan 410 milyard dollar çoxdur. Dünyanın heç bir ölkəsində belə nəhəng sərmayə imkanı olan şirkətlər yoxdur və yəqin ki, bu əsrin sonuna kimi də olmayacaq.
Süni intellektin sürətli inkişafı nüvə silahının əhəmiyyətini itirməsinə səbəb olur. Rusiya 5889 nüvə başlığı ilə dünyada nüvə arsenalına malik ən böyük ölkə olsa da, süni intellekdə geri qalması onu Çindən asılı vəziyyətə salıb. Ekspertlər Rusiyanın texnoloji suverinliyini itirdiyini iddia edirlər. Süni intellekdən daha yaxşı istifadə edən Ukraynanın dağıdıcı zərbələrinin qarşısnı almaqda Rusiyanın aciz qalması texnoloji suverinliyini itirdiyini təsdiq edir. Bir neçə ildən sonra ümumiyyətlə, atom bombasının və dağıdıcı raketlərin əhəmiyyəti tüfəngin kəşfi ilə qılıncın əhəmiyyətini itirməsi hadisəsi ilə bənzərlik təşkil edəcək. Hətta süni intellektdə geridə olan dövlətin nüvə başlıqları onun özü üçün ölümcül təhlükəyə çevrilməyə başlayacaq.
Dünyanın “istehsal gücü” ünvanını Çinin əlindən almağı hədəfləyən Hindistan, dünyanın ikinci böyük iqtisadiyyatı olmağa çalışan Avropa İttifaqı, dünya nizamında müstəqil söz sahibi olmağa çalışan Böyük Britaniya, əlverişsiz çoğrafiyada mövcudluğunu və gücünü saxlamağa çalışan Yaponiya və İsrail süni intellektdə özünün dəyərlərini yaratmağa çalışır.
Bütün bu dövlətlər arasında ən yaxşı imkanlara malik olan dövlətlərin siyahısının önündə İsrail gəlir. ABŞ-ın texnologiya nəhənglərin demək olar ki, hamısının İsraildə törəmə müəssisələri, laboratoriyaları var. Yüksək texnologiyalar sahəsində yaradılan startapların sayına görə İsrail dünya lideridir.
Bütün bu proseslər XXI əsrin, bəlkə də III minilliyin taleyini müəyyən edəcək. ABŞ-ın imkanlarından bəhrələnmək imkanı olan müttəfiq və tərəfdaşları inkişaf edəcək, bu prosesdən kənarda qalanlar iflas edərək Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinin vəziyyətinə düşəcək.
Bütün bunlar İsrail və ABŞ-la yaradılması arzu olunan “Xəzər asayişi” Alyansınln Azərbaycan üçün nə qədər böyük həyati önəm daşıdığını göstərir. Digət ittifaq və alyansların heç biri Azərbaycanın həyati əhəmiyyətli maraqlarını təmin etmək imkanında deyil. Xüsusilə, Rusiya, Türkiyə, İran və İslam ölkələri ilə ittifaqlar Azərbaycan üçün faydasız, hətta təhlükəli ola bilər.
