10 C
Bakı
24 Aprel 2026 10:27
Dünyaİqtisadiyyat

Azərbaycanın adı Yelo Banka görə sanksiya siyahısında

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib. Yeni qərara əsasən, həm fiziki şəxslər, həm enerji sektoru, həm də maliyyə sistemi hədəfə alınıb. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, bu addımlar Ukraynaya dəstəyi gücləndirmək və eyni zamanda Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədi daşıyır.

Sanksiyalar çərçivəsində Rusiyanın 20 bankı məhdudiyyətlər siyahısına daxil edilib. Bununla yanaşı, Aİ ilk dəfə olaraq üçüncü ölkələrdə yerləşən və sanksiyaların обход olunmasında rol oynadığı iddia edilən 4 banka da məhdudiyyət tətbiq edib. Bu banklar bunlardır: Keremet Bank (Qırğızıstan), Capital Bank of Central Asia (Qırğızıstan), Yelo Bank (Azərbaycan) və Joint Development Bank (Laos).

Qeyd edək ki, Yelo Bankın (keçmiş “Nikoyl”) sahibi rusiyalı milyarder, prezident Vladimir Putinin yaxın adamı Vahid Ələkbərov olub. 2022-ci ildə o, bankı sanksiyalardan yayındırmaq üçün bankı səhmlərini Marina Kulişovaya ötürüb. Marina Kulişova bir neçə ölkənin, o cümlədən Rusiyanın vətəndaşı və vergi ödəyicisidir.

Yeni sanksiyalar həmin maliyyə qurumlarının Avropa maliyyə sistemi ilə əlaqələrini faktiki olaraq kəsir. Bu bankların Aİ-də aktivləri dondurula bilər, Avropa şirkətləri və vətəndaşları ilə əməliyyat aparmaq qadağan olunur, eləcə də beynəlxalq ödəniş və hesablaşmalarda ciddi məhdudiyyətlər yaranır. Nəticədə bu banklar üçün dollar və avro əməliyyatları çətinləşir, müxbir bank əlaqələri zəifləyir və xarici tərəfdaşlarla işləmək imkanları azalır.

Ekspertlər hesab edir ki, bu qərar yalnız Rusiyanın maliyyə sisteminə deyil, həm də regiondakı bəzi banklara əlavə risklər yaradır. Xüsusilə üçüncü ölkələrdəki banklar üçün reputasiya itkisi, beynəlxalq bazarlardan təcrid və likvidlik problemləri kimi nəticələr yarana bilər. Bu isə onların müştəri bazasına və ümumi fəaliyyətinə birbaşa mənfi təsir göstərə bilər.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin detallarını açıqlayıb.

redaktor

ABŞ donuz qaraciyəri implantasiyasına icazə verdi

redaktor

Kosova serblərə vaxt verdi

admin