DünyaSiyasət

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) atəşkəsin pozulacağı halda İrana qarşı zərbələr planlaşdırır

Amerika hərbi qüvvələri Hörmüz boğazı ətrafında İranın müdafiə mövqelərinə kütləvi hücum ssenariləri hazırlayır.

Vaşinqton sülh danışıqları tam uğursuz olarsa bu planı işə sala bilər. Əsas hədəflərdən biri sürətli hücum katerlərinin yerləşdiyi bazalar olacaq. Tehran bu donanmadan gəmiçiliyi bloklamaq və ABŞ-a təzyiq göstərmək üçün aktiv istifadə edir.

İndiyədək ABŞ aviasiyası əsasən düşmənin dərin arxa cəbhəsinə zərbələr endirirdi. İranın sahil infrastrukturu demək olar ki, zərər görməyib. İslam İnqilabı Keşikçiləri Korpusu hələ də gəmi əleyhinə raket sistemlərinin böyük ehtiyatına və “moskit donanması”na sahibdir.

Yeni Pentaqon strategiyası zərbə gücünü məhz strateji dəniz yollarına yönəltməyi nəzərdə tutur.

 

Əlibəy Zeynallı

Tacxeber.com

Oxşar xəbərlər

Alla Puqaçova Rusiyanı yenidən tərk etdi

redaktor

ABŞ-də Baydenin həyat yoldaşı ilə bağlı dedi-qodular yayıldı: Trampa gözü düşüb?

admin

İranlı gözəllik müsabiqəsində qalib gəldi, almanlar qəzəbləndi

redaktor