Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 312 053 ədəd süni diş alıb.
Bu məhsulların ümumi dəyəri 97,7 min ABŞ dolları təşkil edib. Ən böyük pay isə Çinin payına düşüb.
Belə ki, bu ölkədən 117 600 ədəd süni diş gətirilib və dəyəri 42,68 min ABŞ dolları olub. Bir ədədinin orta qiyməti 0,36 ABŞ dolları və ya 61 qəpik təşkil edib.
Filippindən 104 000 ədəd süni diş alınıb. Bu partiyanın dəyəri 3,84 min ABŞ dolları olub. Bir ədəd üzrə orta qiymət 0,04 ABŞ dolları və ya 6 qəpik olub.
Hindistandan cəmi 295 ədəd süni diş gətirilib. Bunun ümumi dəyəri 2,87 min ABŞ dolları olub. Bu səbəbdən bir ədədinin orta qiyməti 9,73 ABŞ dolları və ya 16,54 manata yüksəlib.
Almaniyadan 570 ədəd süni diş idxal olunub. Bu ölkədən alınan məhsulların dəyəri 22,62 min ABŞ dolları olub. Bir ədədinin orta qiyməti 39,68 ABŞ dolları və ya 67,46 manatdır.
İtaliyadan 41 400 ədəd süni diş gətirilib. Ümumi məbləğ 4,58 min ABŞ dolları olub. Bir ədəd üzrə orta qiymət 0,11 ABŞ dolları və ya 19 qəpikdir.
Macarıstandan 5 628 ədəd süni diş alınıb. Bunun dəyəri 3,06 min ABŞ dolları olub. Bir ədədinin orta qiyməti 0,54 ABŞ dolları və ya 92 qəpik olub.
Polşadan isə 42 560 ədəd süni diş gətirilib. Bu ölkədən alınan məhsulların dəyəri 18,06 min ABŞ dolları olub. Bir ədəd üzrə orta qiymət 0,42 ABŞ dolları və ya 72 qəpik təşkil edib. (Valyuta.az)
