10 C
Bakı
23 Aprel 2026 19:15
DünyaSiyasət

ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcəkmi?

Belə görürəm ki, maya qədər ABŞ nəinki quru əməliyyatına, hətta kütləvi aviabombalamaya da başlamayacaq. Niyə belə düşünürəm?

Kütləvi aviabombalama 2 istiqamətdən həyata keçirilirdi: qurudan və dənizdən.

Dənizdə hərbi aviasiya bazası “Abraham Lincoln” aviadaşıyıcısı idi. Çox güman ki, bu gəmi artıq döyüş qabiliyyətli deyil. Döyüş qabiliyyətli olsaydı, ABŞ eyni zamanda 2 aviadaşıyıcını (“Gerald Ford” və “George Bush”) Ərəb dənizinə göndərməzdi – birini göndərib, birini də Aralıq dənizində saxlayardı. Həm də “Abraham Lincoln”un 40 gündən artıq intensiv döyüş uçuşları aparmış təyyarələri uzunmüddətli texniki baxışdan və təmirdən keçməlidirlər.

Qurudan da kütləvi aviahücum (150-200 təyyarə ilə) gözləmirəm. Əvvəla, qura aviabazalarında yerləşən təyyarələrə də uzunmüddətli texniki baxış və təmir tələb olunur. Onların uçuş saatları gəmi təyyarələrindən çox olub (məsafə daha uzun idi). Üstəlik İran Körfəz ətrafındakı radarların çoxunu, həmçinin AWACS təyyarələrini sıradan çıxartdığından aviahücumun kəşfiyyat və koordinasiya dəstəyi pisləşib.

Bunlardan başqa ABŞ-ın aviahücum üçün uzaqmənzilli raketləri tükənib. Olan-qalan raketləri maksimal qənaətlə işlətməlidir. 40 günlük hücumun nəticələri göstərdi ki, yalnız raket zərbəsi endirməklə İsrABŞ məqsədlərinə çata bilməyəcək, lakin cavabında İran ABŞ-ın Körfəz ölkələrindəki maraqlarına daha ağır zərbə endirə bilər.

ABŞ-a elə bir hücum lazımdır ki, qısa müddətə müəyyən üstünlük əldə edə bilsin, dərhal bu üstünlüyündən istifadə edərək, İranla danışıqlar aparsın və danışıqlarda İrandan müəyyən güzəştlər qopardaraq, müharibədən üzüsulu çıxa bilsin. ABŞ bunu quru əməliyyatı aparmaqda görürdü.

Bunun üçün Tramp “Gerald Ford” AZQ-ni Ərəb dənizinə “Abraham Lincoln” AZQ-nin köməyinə göndərmək istədi. İki AZQ-nin atəş dəstəyi altında quru əməliyyatına başlamaq olardı. Lakin İsrailin maraqları uğrunda müharibə aparmaq istəməyən matroslar “Ford”u 2 dəfə sıradan çıxararaq, əməliyyatı azı 1 ay gecikdirdilər. Bu müddət ərzində “Abraham Lincoln” da yararsız vəziyyətə düşdü.

İrana qarşı quru əməliyyatına başlamaq üçün iki AZQ tələb olunduğundan ABŞ “George Bush” AZQ-ni də Körfəzə göndərməyə məcbur oldu. Hazırda iki AZQ Ərəb dənizinə doğru hərəkət edir. Maya qədər onlar döyüş mövqelərinə çata bilməyəcəklər. ABŞ Körfəz ölkələrində nə qədər hərbçi və təyyarə toplasa da dənizdən güclü atəş dəstəyi olmasa, quru əməliyyatına başlamayacaq. Buna görə quru əməliyyatını da gözləmirəm.

Bir maraqlı məqamı da nəzərdən keçirək.

ABŞ “George Bush” AZQ-ni Atlantik okeandan Hind okeanına qısa yolla (Qırmızı dənizdən) yox, uzun yolla (Afrikanı dolanmaqla) göndərdi. Səbəb kimi AZQ-nin Bab əl-Məndab boğazı ətrafında husilərin hücumuna məruz qalması riski idi. Uzun marşrutun seçilməsi AZQ-nin Ərəb dənizinə çatmasını xeyli ləngidir. Lakin “Gerald Ford” AZQ-si Ərəb dənizinə qısa yolla göndərilib. Hazırda o Qırmızı dənizdədir. Niyə belə ediblər – bir AZQ üçün risk var idisə, digəri üçün yoxdur?

Bu sualın cavabı aşağıdakılardan biri ola bilər:
“Gerald Ford” AZQ Bab əl-Məndabdan keçməyəcək, elə Qırmızı dənizdə mövqe tutacaq. Buradan o həm İsraili və S.Ərəbistanını müdafiə edəcək, həm də İranla birgə əməliyyatlara qoşularsa, husilərə zərbələr endirəcək. Həm də AZQ-nin Aralıq dənizində mövqe tutması artıq təhlükəli idi, bəzi məlumatlara görə Hizbullahda gəmi əleyhinə raketlər var.
Husilərin aktiv müqaviməti olmasa və ya bu müqavimət məhv edilsə, “Gerald Ford” da Bab əl-Məndabdan keçib, Ərəb dənizində “George Bush” AZQ-yə qoşula bilər.

Bütün hallarda bu əməliyyatlar ən tezi may ayında baş verə bilər. Bunun üçün isə Konqres hərbi əməliyyatların uzadılmasına razılıq verməlidir.

Bəs Tramp əmindirmi ki, Konqres bu məsələyə müsbət baxacaq? Əmin deyilsə, niyə bu qədər xərc töküb, Körfəz ətrafında canlı qüvvələri və hərbi texnikanı artırır? Məncə, Tramp bunları əlacsızlıqdan edir. Böyük qüvvənin toplanmasının bir səbəbi İranla danışıqlarda onlardan real təhdid vasitəsi kimi istifadə etməkdir. İran rəhbərliyində də müharibənin yenidən başlayacağına inananlar çoxdur. Yəni Tramp təhdidə inandıra bilib, sadəcə, İran təhdiddən qorxmur və ya qorxduğunu nümayiş etdirmir.

Bunun üçün əsası da var. İran da bilir ki, Trampın 60 günlük müddəti başa çatanadək AZQ-lər Ərəb dənizinə çatmayacaqlar. Lakin Konqres hərbi əməliyyatların müddətini uzadarsa, İranın reaksiyasının necə olacağını indidən birmənalı demək olmaz.

Hazırda Tramp təhdidi gücləndirməklə maya qədər İranı danışıqlar masasına oturtmaq və azı 2 tələbinə, simvolik də olsa, müsbət cavab almaq istəyir. İndiki şəraitdə bu Tramp üçün düşdüyü bataqlıqdan ən yaxşı çıxış yolu olardı.

Əgər danışıqlar baş tutmazsa, Tramp üçün aşağıdakı variantlar qalır:
1. Konqres müharibə müddətini uzatmır – bəlkə də Tramp bunu artıq arzulayır. Deyəcək ki, mən İranı diz çökdürəcəkdim, hər şey buna hazır idi, amma Amerikanın düşmənləri olan demokratlar mənə imkan vermədilər.
2. Konqres müharibə müddətini uzadır – bu halda regionda artıq kifayət qədər qüvvə toplamış və vaxtı daralmış Trampın quru əməliyyatına başlamaqdan başqa çıxış yolu qalmır. Tramp üçün manevr etmək imkanının qalmaması bu variantın ehtimalını artırır: demokratlar Trampa seçkilərdə heç bir şans qoymamaq üçün bu variantın lehinə səs verə bilərlər (sionist respublikaçılar da onları dəstəkləyəcəklər)

Tramp maydan etibarən bütün resurslarını Konqres seçkilərinə sərf etməli idi – qarşıda ABŞ-ın müstəqilliyinin 250 illik yubiley tədbirləri, qələbə paradı (İran olmasa, Kuba və ya Qrenlandiya), futbol üzrə dünya çempionatı gəlir. Trampa 1-ci variant lazımdır, amma Konqres 2-ci variantı seçə bilər…

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvan Universiteti niyə bağlanır? O da Vasif Talıbovun badına gedir?

redaktor

İrandan yeraltı baza iddiası – “Əməliyyatlar oradan idarə olunur”

admin

Vaşinqtondakılar dəli olub? – Solovyov

redaktor