13 C
Bakı
22 Aprel 2026 12:57
DünyaHadisəKriminal

Türkiyədə məktəbdə doqquz nəfəri öldürən yeniyetmənin anası saxlanılıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək doqquz nəfərin ölümünə və 21 nəfərin yaralanmasına səbəb olan yeniyetmənin anası Pınar Peyman Mersinli həbs edilib.

Prokurorluğun məlumatına görə, qadın iki tibb müəssisəsinin mütəxəssislərinin rəyinə baxmayaraq, oğlunun psixiatrik müalicəsi ilə bağlı həkimlərin tövsiyələrini qulaqardına vurub. Müstəntiqlər hesab edirlər ki, bu, faciəyə səbəb ola bilər.

Məhkəmə prokurorun vəsatətini təmin etdi və Mersinlinin səhlənkarlıq ittihamı ilə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etdi. Yeniyetmənin atası da əvvəllər həbs olunmuşdu. İstintaq davam edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bitcoin” bu gün niyə ucuzlaşdı? Səbəbi məlum oldu

admin

Tağı Əhmədovdan iki milyon pul alan şəxslərə hökm oxundu

redaktor

Kreml: Putin, Tramp və Zelenski arasında görüş barədə razılaşma olmayıb

redaktor