Rusiyada vergi borcu olan şirkətlərin sayı iqtisadi vəziyyətin pisləşməsi fonunda kəskin şəkildə artıb.
Tacxeber.comxəbər verir ki, “Forbes” nəşrinin məlumatına görə, 2025-ci ildə Rusiyada 391.825 şirkət vergi borcu ilə üzləşib. Bu, illik müqayisədə 12% artım deməkdir. Lakin 2026-cı ilin ilk üç ayında borclu təşkilatların sayı daha kəskin şəkildə artıb və 439.952-yə çatıb.
İllik gəliri 2 milyard rubldan çox olan iri müəssisələr arasında borcluların sayı son bir ildə kəskin formada – 47% artaraq 156.000-i keçib. Sənaye sahələrinə görə, ən çox borclu sayı ticarət və tikintidə müşahidə olunur, ardınca səhiyyə, avtomobil istehsalı, otel sənayesi gəlir. Bundan əlavə, şirkət nə qədər böyükdürsə, vergi borcları da bir o qədər çox artır.
Mütəxəssislərə görə, vergi borclarının artması qənaət rejimində fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinin gərginləşməsi ilə əlaqədardır. Ekspertlər xəbərdarlıq edir ki, bu tendensiya iflaslara və istehsalın dayandırılmasına səbəb ola bilər. Belə ki, iqtisadi böhran getdikcə güclənir və artıq daha böyük maliyyə sabitliyinə malik olan iri müəssisələrə də təsir edir.(AzPolitika.info)
