İran İslamabad masasına getmədi, rejim tərəfdarlarını meydana toplayıb, raket nümayiş etdirdi.
Tramp da atəşkəsi müddətsiz uzatdı.
Hal-hazırda Hörmüz boğazını hərəsi bir tərəfindən bağlayıb.
Nəticədə Çin neft ehtiyacının 50 faizini ala bilmir.
Siyasətdə “ikiölçülü” və “üçölçülü” düşünmə fərqi əslində hadisəyə neçə qat dərinlikdən baxdığınla bağlıdır.
Təəssüf ki, ölkəmizin ictimai-siyasi düşüncə bacarıqları yeni dünya şərtlərinə və standartlarına çox uzaqdır.
İkiölçülü siyasət birbaşa və görünən səviyyədə izah olunur. Gizli motivlər, uzunmüddətli planlar, dolayı təsirlər nəzərə alınmır.
Görünən səviyyə, rəsmi bəyanatlar, açıq addımlar dəyərləndirilir.
Arxa plan, iqtisadi maraqlar, daxili siyasət, güc balansı nəzərə alınmır.
İkiölçülü düşüncə sahibləri strateji gələcəyi hesaba almırlar.
Bu addım 5–10 ildən sonra nə verəcək sualı onları heç düşündürmür.
Məsələn, ikiölçülü düşünənlər deyir ki, bu münaqişə ideologiyaya görədir.
Üçölçülü düşünən görür ki, ideologiya sadəcə alətdir. Əsas məsələ enerji, logistika və regional təsirdir.
Addımların arxasında hansı gizli maraqların olduğunu görür.
Bu addım, əsl məqsəddir, yoxsa vasitədir?
Kim görüntüdə uduzur, amma niyə uduzmağa razıdır?
Əslində, kim udur, kimi udmaq istəyir?
