11 C
Bakı
21 Aprel 2026 12:34
Cəmiyyət

İcra başçısı, yoxsa ‘kiçik prezident’? Tərtərdə qəribə idarəçilik üslubu…

Müstəqim Məmmədov-un bank filialı müdirini “qəbul etməsi” ilə bağlı yayılan məlumat bir daha göstərir ki, bəzi icra başçıları öz səlahiyyətlərinin sərhədini ya anlamır, ya da bilərəkdən aşır.

Sual yaranır: sən kimsən ki, bank müdirini qəbul edirsən? Bu ölkədə banklar müstəqil maliyyə qurumlarıdır, onların təyinatı, fəaliyyəti və idarə olunması tam başqa strukturun səlahiyyətinə daxildir. İcra başçısının işi isə tamam fərqlidir. Sosial-iqtisadi problemlərin həlli, infrastruktur, işsizlik, yerli problemlər.

Amma görünən odur ki, bəzi icra başçıları özlərini artıq yerli idarəçi yox, sanki “kiçik prezident” kimi aparmağa başlayıblar. Kim gəldi qəbul edilir, kim gəldi ilə “görüş” keçirilir, şəkil çəkdirilir, pafoslu cümlələr yazılır. Reallıqda isə rayonların problemləri yerində qalır.

Maliyyə savadlılığı haqqında danışmaq yaxşıdır, amma əvvəlcə rayonda insanların real maliyyə vəziyyətinə baxmaq lazımdır. Kredit borcları, işsizlik, kiçik sahibkarların çətinlikləri – bunlar həll olunmadan “layihələrdən” danışmaq sadəcə görüntü xarakterlidir.

Bilirsiz də bu cür görüşlər formal xarakter daşıyır və ictimaiyyətə “iş gedir” görüntüsü vermək olur. Halbuki idarəçilik şəkil çəkdirmək və kimisə qəbul etməklə yox, konkret işlərlə ölçülür.

Əgər doğrudan da sahibkarlığa dəstək vermək istəyirsənsə, o zaman sahibkarların qarşılaşdığı real problemləri həll et. Əgər maliyyə savadlılığını artırmaq istəyirsənsə, real proqramlar həyata keçir. Yoxsa kabinetdə kimisə qəbul edib “uğurlar arzulamaq”la nə rayon inkişaf edir, nə də insanlar fayda görür.

Bu tip yanaşma dəyişməlidir. İcra başçısı dövlətin yerli nümayəndəsidir, amma bu, ona hər sahəyə müdaxilə etmək səlahiyyəti vermir.

 

Aslan Həmidli

Tacxeber.com

Oxşar xəbərlər

Müəssisədə aparılan yoxlamalar qanuna ziddir.

admin

Araz Əliyev fəaliyyəti ilə bağlı ailə üzvlərinin təzyiqə məruz qaldığını deyir

redaktor

“Çekist küçədə birinə yaxasındakı işarəti göstərdisə…” – Dəhşətin tarixi

admin