Sağlamlıq

Niyə kişilər 37,2 dərəcə qızdırmaya dözümsüzdürlər?

İtalyan alimlərinə görə, kişilər immun sisteminin xüsusiyyətlərinə görə 37.2°C  qızdırmaya dözməkdə çətinlik çəkirlər.

Tacxeber.com xarici mediaya istinadən məlumata verir ki, buna səbəb bədənin bakteriya və viruslarla mübarizə aparmasına kömək etməyən testosterondur.

Qadınlarda estrogen və progesteron səviyyəsinin yüksək, testosteron səviyyəsinin isə aşağı olduğu bildirilir. Bu, onlara xəstəliklərin öhdəsindən daha asan gəlməyə imkan verir, çünki simptomlar daha yüngül olur və daha tez keçir. Estrogen immun hüceyrələrinin sürətli çoxalmasını təşviq edir və qadın bədəninin viruslarla daha effektiv mübarizə aparmasına imkan verir.

Kişilərdə cinsi hormonlara hakim olan testosteron immun sistemini dəstəkləmir. Nəticədə, immun sistemi tam aktivləşənə qədər virus artıq çoxalmağa vaxt tapır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bulyonla yeməyə ləzzət deyil, zəhər qatırıq – XƏBƏRDARLIQ

redaktor

Kişilərin ən böyük probleminə ÇARƏ TAPILIR

redaktor

Sulu qəlyanın quru ölümü – Həkim AÇIQLADI

redaktor