24 C
Bakı
06 Sentyabr 2026 08:15
GündəmHadisəKriminalŞouTəhsil

Kahramanmaraş faciəsindən sonra onlar mafiya seriallarında reklam verməyəcəklər – Səbəb?

Kahramanmaraş faciəsindən sonra, nəhayət, Türkiyədə mafiya serialları məsələsi aktuallaşıb. “Yapı kredi”, “Vestel” və bəzi başqa şirkətlər belə seriallara reklam verməyəcəklərini elan ediblər.

Türkiyə ekranında müsbət mafiozi obrazı çox populyarlaşıb, insan qətlləri çox adiləşib. Az qala hər bölümdə küçə döyüşləri gedir, onlarla adam öldürülür. Öldürənlərin bir tərəfi də müsbət qəhrəmanlardır guya.

Müsbət mafiozinin bir obrazı da var: Türkiyədə narkotik satmağa razı olmayıb Avropaya ixrac edənlər. Təsəvvür et, bir alman serialında mafiozi deyir ki, qoymaram Berlində narkotik satılar, amma Türkiyəyə ixrac edərəm. Türkiyə qəzetləri manşetə çıxarıb şüvən qaldırarlar.

Mafiya seriallarının əksəriyyətinin də ssenarisi klişe. Kenan İmirzalıoğlunun uzun fasilədən sonra çəkildiyini eşidib “ABİ” serialına baxdım, iki bölümdən sonra dayandım. Devrim Özkana görə “Yeraltı”na baxdım, bir bölüm yetdi.

“Sevdiğim sensin” yaxşıdır. O da xüsusi orijinallığı ilə seçilmir, “Şahzadə və Zoluşka” mövzusunun yeni interpretasiyasıdır. Amma bu mövzu həmişə simpatikdir, Culiya Roberts və Riçard Qirin “Gözəlçə”sini xatırlayaq. Həm də mafiya serialı deyil, heç olmasa. Dicle rolunun ifaçısı Helin Kandemirin də kökəncə güney azərbaycanlı olduğu deyilir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Həbsxanalar siyasi rəqiblərlə doldurulmamalıdır

redaktor

Kamançanı da standartlaşdırdıq: dövlətin növbəti “böyük problemi” həll olundu

redaktor

Teymur Kərimovun həbsdə səhhətinin pisləşdiyi bildirilir: “Deyiblər ki, doşab iç, keçib gedəcək”

admin