DünyaSiyasət

Hörmüz boğazı: Tehranın strateji geri addımı və atəşkəs diplomatiyası

İrandakı rejim “Hörmüz boğazı”nı açmaqla strateji qərar verdi. Çünki, Tehran boğazı açmasaydı, ABŞ da boğazdan tankerlərin çıxışını və girişinı nəzarətdə saxlamaqla neft satışında İrana problemlər yaşadacaqdı. Bu isə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdı. Ancaq İrandakı rejim Vaşinqtondan qarşılıq almadan “boğazı” açmaq istəmirdi. Çünki, bu rejimin geri addımı kimi qiymətləndiriləcəkdi.

Rejim belə bir görüntü vermək istəmirdi. Bu olmasın deyə, Tehran “İsrail Livana qarşı əməliyyatı dayandırsın” tələbini irəli sürdü. Zatən, İsrail artıq Livandakı hərbi əməliyyatı bitirmək barədə düşünürdü. Bir hərbi əməliyyatla Livandakı “Hizbullah” hərəkatını bitirmək praktik baxımdan mümkün deyil. Əksi olsaydı, İsrail 40 il ərzində Livanda keçirdiyi müxtəlif hərbi əməliyyatlar vasitəsilə hərəkatın sonunu gətirərdi. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın çağırışına etiraz etməyərək, Livanla atəşkəsə, hətta Beyrutla danışıqlara başlamağa razılaşdı. İsrail-Livan atəşkəsi İran rejiminin “Hörmüz boğazını açdıq” elanına şərait yaratdı. Buna cavab olaraq da ABŞ-ın boğazı mühasirədə saxlamasına ehtiyac qalmayacaq.

Razılaşna enerji qiymətlərini sabitləşdirməyə və beynəlxalq aləmin rahat nəfəs almasına imkan verəcək. Bunun nə qədər çəkəcəyini isə İranla ABŞ arasındakı gələcək danışıqların gedişatı göstərəcək. Hər halda tərəflər yeni müharibədən yayınmağa çalışırlar. Yorğunluq var. Ancaq “Hizbullah” İsrailə raket zərbəsi endirərsə, vəziyyət yenidən gərginləşəcək. Odur ki, SEPAH yeni müharibə və “Hörmüz boğazı”nın yenidən qapadılmasını istəmirsə, “Hizbullah”dan atəşkəsə riayəti tələb etməlidir.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Haber Global”da Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat nümayiş olunub – VİDEO

redaktor

Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına düşdü

admin

“Biz heç vaxt ölkəmizə uzadılan dostluq əlini rədd etməmişik” – Ərdoğan

redaktor