18 C
Bakı
08 Sentyabr 2026 17:28
DünyaGündəmMuharibəSiyasət

Bir gecə, doqquz strateji hədəf: USQ-nin yeni reallığı

Rusiya-Ukrayna müharibəsində çox ciddi, güclü və köklü tendensiya yaranıb. Söhbət əlbəttə ki, USQ-nin Rusiyaya gündən-günə güclənən və kütləviləşən middle-strike(ortaməsafəli zərbələr) və “deep-strike”lardan(uzaqməsafəli zərbələr) gedir.

Bu tendensiya sadəcə nəticədir, prosesin kökündə isə Ukrayna ordusunda və hərbi-sənaye kompleksində həyata keçirilən köklü islahatlardır, orduda korrupsiya və monopoliya ilə mübarizədir(bu geniş mövzunu mütləq ayrıca müzakirə edəcəyik).

Əvvəl USQ-nin Rusiyaya məxsus 1 neft emalı zavodunun vurulması ciddi uğur sayılırdı və onun vurulması mürəkkəb plan tələb edirdi, Baş Qərargahın hərbi strategləri Rusiya səmasında “dəlik” tapmalıydılar və s. İndi artıq bu kimi xəbərlər adiləşib. Vurulan strateji və taktiki hədəflərin sayı son dərəcədə çoxdur.

Uzağa getməyək, gəlin 15 pareldən 16 aprelə keçən gecədə USQ-nin Rusiyaya vurduğuzərbələrin siyahısına diqqət yetirək:

– ZRK “Pantsir”(Feodosiya, Krım);
– ZRK “Osa-AK”(Vodyane, TOT Donetsk vilayəti);
– ZRK “Buk-M1″(Bagativka, Zaporojya vilayəti);
– “İskəndər” operatit-taktiki raket-kompleks bazası(Mizhhirya, Krım);
– “İskəndər”(Kurortne, Krım);
– Neft bazası “Oktyabrske”(Krım);
– Neft bazası (Hlyboki Yar, Krım);
– RF Qara Dəniz Donanmasının 758-ci maddi-texniki təminat bazasının silah-sursat anbarı(Mizhhirya);
– “Rubikon” PUA-larının anbarı(Girne, Donetsk vilayəti).

Təsəvvür edin, cəmi 1 gecəyə…

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Putin–Əliyev xəttində buzlar əriyir: Kreml Bakını itirmək istəmir

redaktor

Varqas Türkiyənin uğurudur, amma Türkiyənin uğuru təkcə Varqas deyil

redaktor

AFD və Putin iqtidarı yeni Molotov (Lavrov)-Ribentrop (?) paktı arzulayır

redaktor