DünyaSiyasət

Qərbyönlü, amma milli maraqlardan geri çəkilməyən Macarıstan lideri

Macarıstan parlament seçkilərində qalib gələn TP lideri Peter Magyar ilk mətbuat konfransını keçirərək əsas xarici siyasət məsələləri – AB və ABŞ ilə münasibətlərdən tutmuş ta Ukrayna və Rusiyaya qədər – ilə bağlı öz mövqeyini açıqladı.

Yeni Macarıstan rəhbərinin mövqeyinə baxaq:

Macarıstan haqqında:

Onun kursu ölkə milli maraqları və suverenliyin qorunmasına əsaslanacaq. Digər məsələlərlə yanaşı, o, federallaşmış Avropa ideyasına qarşı çıxdı və prioritet kimi müstəqil dövlətlərin birliyi olmasını vacib saydı: ” Düzgün fəaliyyətdə olan Avropa Birliyindəki müstəqil Macarstan”

Avropa Birliyi haqqında:

Avropa Birliyinə və NATO-ya üzvlüyə sadiqliyik, deyib, eyni zamanda Brüsselin işini tənqid etdi. “Bu, kompromislər axtaran, mürəkkəb və həm  bürokratik bir təşkilatdır, Kompromiss taparıq”.  Hökuməti mürəkkəb məsələlərdə razılaşmalar əldə etməyə çalışacaq.

ABŞ və Tramp haqqında:

ABŞ vacib tərəfdaşdır, Vaşinqtonla xeyli yaxşı münasibətlərə ehtiyac var. Donald Trampla özü əlaqə qurmaq niyyətində olmadığını, ancaq Ağ Evin bunu etməsini gözləyəcəyini açıq bildirib.

Rusiya və Putin haqqında:

Macarıstanın bu, enerji asılılığını nəzərə alaraq Moskva ilə münasibətlərdə praqmatik yanaşma yürüdəcək. O, Rusiya lideri ilə əlaqə saxlamağa açıq olduğunu, lakin buna təşəbbüs göstərmək istəmədiyini vurğulayıb: “Vladimir Putin zəng etsə, mən cavab verəcəyəm… özüm ona zəng etməyəcəyəm. Əgər zəng etsələr, müharibəyə son qoymağa çağıracam”.

Bildirib ki, Moskvanı Avropa üçün “təhlükəsizlik təhdidi” hesab edir. “Biz rusları tanıyırıq və mən rus xalqı, rus mədəniyyəti, insanları haqqında danışmıram; onlar yaxşı insandır, rus ayısının Macarıstan tarixində rolu haqqında danışıram”.

Ukrayna haqqında:

Ukraynanı müharibənin qurbanı hesab edib və bildirib ki, sülh danışıqları ilə bağlı Kiyevə təzyiq göstərməyə qarşıdır. O, Ukraynanın rəhbərliyi ilə dialoqa hazır olduğunu bildirdi. O, Budapeştin Ukrayna üçün AB kreditinin bir hissəsini ödəyə biləcəyini, lakin, Orbanın əksinə Ukraynaya 90 milyard yardımı bloklamayacağını təsdiqləyib.

Nə demək olar, ilkin görünüşdə? Avropa, Qərb adamıdır, cavabdır, savadlı hüquqşünasdır, çox da qoçaq adamdır, amma öz xüsusiyyətlərində, mövqeyində möhkəm dayanan vətənpərvərdir. Ölkə məmurlarına qarşı sərt addımlar ata bilən. Qalan bilgimiz zamanla və fəaliyyəti ilə bilinər.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşlarımız daha tez pensiyaya çıxacaqlar

redaktor

Geyimin mənşəyi əxlaqdır.

redaktor

Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb

redaktor