DünyaSiyasət

Təbrik. Macar xalqı qalib gəldi. Putin isə, növbəti dəfə uduzdu

Gün ərzində məlumatlar gəlirdi Macarıstanda seçkilərdə baş nazir Orbanın partiyası geridə qalır, müxalif namizəd aldığı səslərdən. Lakin dedim, bir qədər də gözləyək, tam aydınlşsın.

Budur, seçki başa çatıb Macarıstan parlament seçkilərində Peter Magyarın müxalifətdə Tisza partiyası, səslərin çoxu sayılıb və xeyli irəlidədir.

Mərkəz-sağ Tisza 199 yerdən 136-nı əldə edib.
Üçdə iki səs çoxluğu partiyaya Konstitusiyaya və əsas qanunlara düzəliş etmə imkan verəcək.

Baş nazirin, Viktor Orbanın isə rəhbərlik etdiyi Fidesz partiyası hazırda cəmi 56 yerə malikdir.

Bu arada Peter Magyar bildirib ki, Viktor Orban onu qələbəsi münasibətilə artıq, təbrik edib. V. Orban müttəfiqlərinə etdiyi çıxışında bildirib:

“Seçki nəticələri qəti də olmasa aydın və başa düşüləndir. Bizə xalq məsuliyyət, nə də ölkəni idarə etmək imkanını vermədi. Qalib partiyanı (yəni, Peter Mağyar partiyasını) təbrik edirəm”.

Viktor Orban haqqında…

Nə demək olar? Viktor Orban Türk birliyi üçün, Türkiyə, Azərbaycan üçün dost lider idi. Lakin, xüsusən bu son 2 ildə Putinlə xeyli yaxınlaşdı, üzvü olduğu Avropa Birliyinin xəttinə, xüsusən, Ukraynanı dəstək qərarlarına qarşı rəsmi çıxdı.

O dərəcədə ki, Vyanadakı Ukrayna bankından xüsusi avtomobillər və mühafizə ilə Ukraynaya daşınan Ukraynaya məxsus 36 mln. avro nəğd pulu, Macarıstanın ərazisindən keçərkən, yolda saxlatdırıb qanunsuz müsadirə etmişdi. Hansı ki, həmin pul xüsusi lisenziya ilə lazımi qanuni rəmiləşdirilmiş, Ukrayna hərbisi işləri üçün idi. Sonra, Avropa dövlətləri işə qarışdı qaytardılar.

Belə, səhv mövqeyə keçmişdi. Hətta öz xalqına qarşı da elə, dostu Putinin metodları ilə. Nə isə, keçmiş olsun. Macar xalqının da, Avropanın da, Ukraynanın da canı qurtardı. Elə, Orbanın da ki, hər yerdə ictimai, mənəvi təzyiq altında olurdu.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

redaktor

İsrail ordusu Hizbullah hədəflərinə zərbələr endirib, baş katib öldürüb – FOTO/VİDEO

redaktor

Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib – VİDEO

redaktor