DünyaSiyasət

Macarıstanda nə baş verdi?

Türk Dövlətləri Təşkilatı tam şəkillənməmiş Yeni Qlobal sistemin gələcək tablosunda mühüm əhəmiyyətli strukturdur.
Yeni Avrasiya nizamında TDT- nin planlaşdırılan rolu mövcud olmasaydı, bu təşəbbüslərdə heç bir real addımlar atıla bilməzdi.
Turan ideyası, təşəbbüsləri yüz ildir var amma addımlar son illər atıldı.

İngiltərə, Avropa, Rusiya, Çin və Yaxın Şərq arasında yerləşən bu əhəmiyyətli coğrafi, siyasi, iqtisadı zonada yerləşən dövlətlərin hər birində, illərdir oturuşmuş siyasi və iqtisadi elitalar hakimdir.
Hakim qlobal sistemi qurmaq istəyənlər, rəqib kimi görünüb, dərində əməkdaşlıq içərisindədirlər.
Məsələn, Orbanın seçkilərlə hakimiyyətdən getməsi Rusiya üzərində demokratiyanın qələbəsi kimi dünyaya sırıdılsa da, reallıq tam başqadır.
İngiltərə və Rusiya birlikdə qərar verib, Macarıstan elitasında dəyişiklik etdilər.

Seçkilərin demokratik keçirilməsi aydındır. Seçki institutu var və qlobal sistem onu işlədir.
Orbanın iqtidarda qalmasını istəsəydilər, elitanın daxilindən çıxmış müxalifət liderinin bu qədər güclənməsinə icazə verməzdilər.
Xalq ona təqdim olunanları seçir.
Sistem istəməsə namizəd xalqa təqdim edilməz.
Amma bu, o demək deyil ki, seçki boş şeydir.
Demokratik seçki institutu hər bir ölkənin ən dəyərli sərvətidir!
İşlək bələdiyyəsini seçə bilir və bu, onun həyatına müsbət təsir edir.

Qayıdaq geosiyasətə.
Qlobal sistem, hər bir ölkənin daxilində əməkdaşlıq etdiyi elitanı, sahədən aldığı informasiya əsasında yaranan şərtləri nəzərə alıb, yenidən dizayn etməyə Macarıstandan başladı.
Bu, o demək deyil ki, Orban sistem daxilindən atıldı. Yox!
Sadəcə, rol dəyişikliyi oldu. Orban müxalifət lideri kimi sistemin tərkibində davam edəcək.

Prosesdən çıxarılmalı olan əsas nəticə odur ki, TDT ölkələrinin hər birində qlobal sistem, elitaların içərisində ani rol dəyişikliyinə qərarlar verə bilər.
Böyük ehtimalla, İran böhranı dondurulandan sonra, Türkiyədə siyasi mühitin hərarəti artacaq. Daha sonra proseslər Azərbaycanda öz təsirlərini göstərəcək.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Braziliyada şəhər meri iş yerində güllələnib

redaktor

Bakıya qəza enişi edən təyyarənin sərnişinləri hoteldə yerləşdiriliblər – FOTO

redaktor

Azərbaycanda zəlzələ olacaq? – Seysmoloqdan ŞOK AÇIQLAMA

redaktor