Dünya

Keçmiş prezident təqaüdünün olmamasından şikayətləndi

Polşanın keçmiş prezidenti Lex Valensa O2-yə verdiyi açıqlamada təqaüdünün həcmindən narazı olduğunu və xərcləri ödəmək üçün çalışmağa davam etdiyini bildirib.

Ölkəyə 1990-cı ildən 1995-ci ilə qədər rəhbərlik etmiş Valensa hazırkı dövlət başçısının maaşının 75%-nə bərabər prezident təqaüdü alır. Hazırkı məzənnə ilə bu, ayda təxminən 3770 dollar təşkil edir.

“Təqaüdümdən razıyammı? Əgər razı olsaydım, göbələk yığar və ya balıq tutardım, amma yenə də işləyirəm”, – deyə o qeyd etdi.

Keçmiş prezidentin sözlərinə görə, bu vəsaitin əhəmiyyətli bir hissəsi gündəlik xərclərə, tibbi yardıma və peşəkar fəaliyyətin davam etdirilməsinə gedir.

Valensa həmçinin Polşa Sosial Sığorta Təşkilatından əlavə pensiya almaq hüququna malikdir, lakin o, prinsipcə bunu almadığını iddia edir. “Mən 20 ildir ki, bu pensiyanı almıram, çünki Polşa kasıb bir ölkədir”, – deyə o bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-İran nüvə danışıqları dalana dirənir, sanksiyalar genişlənə bilər

admin

Putin Əliyevdən nə xahiş edib? – Erməni KİV-dən MARAQLI İDDİA

redaktor

“Tramp Putinin tapşırıqlarını yerinə yetirir” – Politoloq

redaktor