CəmiyyətQalmaqal

İndi də deputat Tahir Mirkişili yalan danışdı

Deputat Tahir Mirkişili Milli Məclisin ötən il 2 dekabr tarixli plenar iclasında deyib ki, bu günə qədər Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərə 22 milyard manata yaxın pul xərcləyib ki, bu da Ermənistanın dövlət büdcəsinin gəlirlərindən iki dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2025-ci il üçün dövlət büdcəsinin gəlirləri Ermənistanda təqribən 7 milyard dollar, Gürcüstanda isə təqribən 10.2 milyard dollar (27.5 milyard lari) nəzərdə tutulub. Buna əsasən, bu günə qədər, yəni 6 il ərzində işğaldan azad edilmiş ərazilərə xərclənmiş təxminən 12.9 milyard dollarlıq (22 milyard manat) vəsait Ermənistanın dövlət büdcəsinin gəlirlərindən 1.8 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1.2 dəfə çoxdur.

Məsələnin mahiyyəti isə ondadır ki, işğaldan azad edilmiş ərazilərə 22 milyard manat vəsait 6 il ərzində xərclənib. Yəni, işğaldan azad edilən ərazilərə ayrılan maliyyə hər il üçün təqribən 4,4 milyard manat edir.

Belə ki, 2025-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da həm Ermənistanın, həm də Gürcüstanın dövlət büdcələrinin gəlirlərindən dəfələrlə aşağıdır. Beləliklə, deputat 6 il ərzində ayrılan maliyyənin ümumi həcmi ilə Ermənistanın və Gürcüstanın illik büdcələrinin gəlirlərini müqayisə edərək manipulyasiyaya yol verib. “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tahir Mirkişilinin iddiası faktlarla manipulyasiyadır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası

redaktor

Keçmiş nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu – BORC QALMAQALI

redaktor

Xalq artisti: “Damarımı düz tikmədilər, elə o vaxtdan bu haldayam”

redaktor