İran Çinə neft göndərə bilməyəcək.. Çin bir müddət öz ehtiyatlarından istifadə edə bilər
ABŞ İranın dənizdə “tam blokadasını” tətbiq etməyi planlaşdırır və bu blokada xarakter etibarilə Venesuelaya qarşı görülən tədbirlərə bənzəyəcək. Bu barədə ABŞ Prezidenti Donald Trump “Fox News” telekanalına telefon müsahibəsində bildirib.
“Biz düşünürük ki, bir çox ölkələr də bu məsələdə bizə dəstək verəcək, lakin biz tam blokada tətbiq edirik. İranın nefti istədiyi ölkələrə sataraq gəlir əldə etməsinə imkan verməyəcəyik – istədiklərinə yox, istəmədiklərinə yox”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, İran sonda danışıqlara qayıdacaq və Vaşinqtonun tələb etdiyi bütün şərtlərlə razılaşacaq.
