Bu gün Macarıstan və Avropa üçün çox önəmli gündür, Macarıstanda parlament seçkiləri günüdür.
Müxalifətə yüksək seçici fəallığı lazımdır və ilkin nəticələr artıq var. Macarıstan vaxtı ilə 09:00-a seçici fəallığı 16.89% təşkil etdi, 4 il qabaq bu rəqəm 10.31% idi və bukmekerlər buna dərhal reaksiya verdilər, Peter Magyarın qələbə ehtimalı(polymarket) 72%-dən 80%-ə qədər qaldırıldı.
Bunu da qeyd edək ki, Macarıstanda güclü seçki institutu var və əhali ona etimad edir.
