Yazırlar ki, Zaur Mikayılov dəhşətli cinayətin üstünü açdı. Dəhşətli cinayət nə deməkdir? Sual verilir: O evlərə (subasmaya səbəb olan-red) kim sənəd verib? Evlərə “çıxarış” necə verilir?
Zaur müəllim deyib: “Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir. İlkin olaraq, bələdiyyə və s. torpaq sənədini verir, yerli icra hakimiyyəti tikintiyə nəzarət edir. Tikinti bitdikdən sonra onun dövlət qeydiyyatına alınması, yəni “çıxarış” alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edilir.
Bundan sonra həmin evin dövlət qeydiyyatına alınması üçün aidiyyəti qurumların rəyləri alınır. O rəylər müsbət olduğu halda “çıxarış” (kupça) verilir. Zaur Mikayılovun müsahibəsində heç bir qurumun rəhbərinin adı çəkilmir. Mətbuatda suç keçisi kimi bircə nəfərin adı çəkilir, o da vəzifədən getmiş Qorxmaz Hüseynovdur.
Tikintiyə icazə verən qurumlardan biri və birincisi Fövqəladə Hallar Nazirliyidir. Bir mətbuat orqanı baş verən subasma ilə bağlı bu qurumun rəhbərinin adını çəkə bilmir. Bəli, bütün qanunsuz tikintilərin baiskarı bu qurumdur, Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdan söhbət gedir!
Zəruri qeyd: Hər dəfə baş verən subasmada bir neşə nəfərin primitiv üsullarla xilas edilməsindən sonra Heydərovun misilsiz qəhrəmanlığı gözümüzü deşir. Oğlanlarının 100 milyonluq məhkəmə çəkiməsi gedir. Bu pullar haradan peyda olub?