DünyaSiyasət

“İttihad”çıların hücumu

“Türkiyənin ikinci “28 aprel xəyanəti” planı” başlıqlı son statusuma bəzi rəyləri oxuduqda islamçı “İttihad”çıların 27 aprel işğalı ərəfəsində Azərbaycanın istiqlalını müdfaiə etməyə çalışanlara qarşı apardıqları təbliğatı xatırladım.

O dövrün siyasi islamçıları olan “İttihad”çılar rus işğalına qarşı müqaviməti təşkil etməyə çalışan Azərbaycan xalqının böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi qrupa qarşı ittihamları belə idi ki, Müsavat Partiyasının qərbyönlü liderləri Qızıl Ordunun Türkiyəyə yardıma getməsinə mane olur.

“İttihad”çıların 27 aprel işğalı ərəfəsində Bakı küçələrində nümayişlər keçirərək Rəsulzadəyə və silahdaşlarına qarşı səsləndirdiyi fikirlərin oxşarlarını bu günün ittihadçıları mənə qarşı səsləndirirlər.
Müstəqil Azərbaycan dövləti fəlsəfəsi o dövürün ittihadçılarına yad olduğu kimi, bu günün ittihadçılarına da yaddır. Ancaq ittihadçıların bu mövqeyi Rəsulzadəni yolundan döndərə bilmədiyi kimi, mənim də fikirlərimə təsir edə bilməz. Dövrümüzün ittihadçılarının bir hissəsinin “Müsəlman qardaşları”nın pulu ilə danışdığına da şübhəm yoxdur. Bunu onların leksikonundan müəyyən etmək çətin deyil.

O ki qaldı 27 aprel işğalı ərəfəsində Türkiyənin xəyanətinə, Türkiyə təmsilçilərinin və xüsusilə Azərbaycanda olan türk hərbiçilərinin Rusiyanın xeyrinə fəaliyyətlərini təsdiq edən yüzlərlə tarixi fakt var. Həmin proseslərin iştirakçısı olan Xəlil Paşa da Rusiyanın xeyrinə fəaliyyətlərini Azərbaycana xəyanət adlandırıb və bundan mənəvi əzab çəkdiklərini vurğulayıb.

Ötən statusuma daha bir əlavəm ondan ibarətdir ki, Türkiyənin ən məlumatlı qələm adamlarından biri olan qocaman jurnalist Sabahattin Önkibar “Türkiyə-Çin-Rusiya” İttifaqı ideyasının əslində Prezident Rəcəb Tayyip Ərdoğan məxsus olduğunu bildirir. Sabahattin bəy hesab edir ki, Ərdoğan ABŞ-dan (Trampdan) çəkindiyi üçün “TÇR” ideyasını özü səsləndirmir və Bahçəliyə həvalə edib.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur Məmmədovun yenidən deputat seçilməyi çətin məsələdir: Qohumları üsyan edir

admin

Azərbaycan əyalətlərində xərçəngdən ölüm halları artdı

redaktor

İranla bağlı maraqlı təhlil

admin