DünyaSiyasət

İransayağı “qələbə”: Hörmüz boğazını 6 milyard dollara “satdı” – ABŞ ördək almadığı yerə toyuq verməz

İransayağı “qələbə”: Hörmüz boğazını 6 milyard dollara “satdı”

Reuters: “ABŞ Qətər və digər xarici banklarda dondurulmuş İran aktivlərini sərbəst buraxdı”. Bildirildiyinə görə, söhbət 6 milyard dollarlıq vəsaitdən gedir.

İranpərəstlər bunu Tehranın Tramp üzərində ən böyük qələbəsi adlandırırlar. Amma nədənsə, unudurlar ki, ABŞ ördək almadığı yerə toyuq verməz.

ABŞ-ın İrandan necə bir “ördək aldığı”nın xəbəri isə Centcom-dan gəldi. ABŞ-ın ordusunun Yaxın Şərq, Orta və Cənubi Asiya, həmçinin Afrika üzrə hərbi komandanlıq vəzifəsini icra edən Centcom-un bildirdiyinə görə, 2 ABŞ gəmisi Hörmüz boğazını keçib və Fars körfəzində mina təmizləmə fəaliyyətinə başlayıb.

Qısası, belə anlaşılır ki, İran Fars körfəzi kimi dünyanın enerji mənbələrinin 20 faizini hasil edən bir coğrafiyanı ABŞ-a özünün halal pulu olan 6 milyard dollara satıb.

Sirr deyil ki, Hörmüz boğazı İranın ən güclü strateji silahıdır. Sual olunur: elədirsə, İran o silahını niyə dəyər-dəyməzə satdı?

Fikrimcə, bu, İranın qarşı-qarşıya olduğu maliyyə böhranından irəli gəlir. Mütəxəssislərin fikrincə, ABŞ İranı təkcə hərb meydanında vurmayıb. Hərb meydanından daha ağır zərbə maliyyə sahəsində endirilib. Bu mülahizəyə görə, SEPAH-ın əməliyyatları davam etdirmək və sanksiyalardan yayınmaq qabiliyyəti pul köçürmə imkanları açıq olmalıdır. Pul köçürmə əməliyyatları İranın proksi qüvvələri ilə əlaqələrini canlı tutmaqla yanaşı, həm də mərkəzi qərargahın çalışa bilməsi üçün də vacibdir. Kölgə donanması, saxta sənədlər, gəmidən gəmiyə köçürmələr yolu ilə sanksiyalı neft daşıyan gəmilər şəbəkəsi və s. kimi maliyyə əməliyyatları aparmadan İranın hərbi sistemi də ayaqda dura bilməz. Amma ABŞ Xəzinədarlığının ardıcıl sanksiyaları nəticəsində bu sistem deqradasiyaya uğrayıb.

Bu da azmış kimi, SEPAH-ın maliyyə örtüyü kimi istifadə etdiyi Çin şirkətləri də ABŞ Xəzinədarlığının sanksiyalarına məruz qalıb.

31 martda İranın Körfəz ölkələrinə zərbələrindən sonra onlarla da əlaqəsi dayanıb. Xüsusilə də Birləşmiş Ərəb Əmirliklərində SEPAH-a bağlı onlarla pul dəyişdiricisi həbs edilib və bu da rejimin ən vacib pul arteriyalarından birinin kəsilməsinə yol açıb. Ona görə ki, operatorlarına pul ödəyə bilməyən şəbəkələr uzun müddət fəaliyyət göstərmək şansını da itirirlər. Məhz bu səbəbdən də İran özünün Qətər və digər ərəb ölkələrində saxlanılan 6 milyard dollarını götürmək bahasına Hörmüz boğazını ABŞ-a təhvil verməli oldu.

Bu da sizə İransayağı “qələbə”!

 

Heydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şahin Şıxlinskidən xəbər var! – Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

redaktor

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlir

redaktor

Slovakiyada VƏZİYYƏT GƏRGİNDİR: Fitsonun istefası tələb edilir – VİDEO

redaktor