DünyaSiyasət

21 saatlıq danışıqların sonu: sonra nə?

İran Hörmüz boğazının “pullu” gediş-gəlişindən və zənginləşdirilmiş nüvə ehtiyatlarının təhvil verilməsindən (dolayısı ilə hərbi nüvə istəyinin davam etdirilməsi) imtina etmək fikrində olmadığında israrlı olub.

ABŞ isə bu istəklərlə danışıqların davam etdirilməsinin mənasız olduğunu bildirib və vitse-prezident Vens İslamabadı səhərə yaxın tərk edib. ABŞ–İran danışıqlarının nəticəsiz başa çatması klassik “dondurulmuş qarşıdurma” mərhələsinə keçidin siqnalıdır.

Bəs sonrası necə olacaq?

Bazar ertəsi birjalar buna yenə həmişə olduğu kimi EMOSİONAL reaksiya ilə cavab verəcəklər. Cümə günü London Əmtəə Birjası (İCE) İslamabad görüşünün baş tutması xəbərləri fonunda Brent markalı neft $95.20 göstəricisində bağlanmışdı. Aprelin 13-də və sonrakı günlərdə $115-120 olması da mümkündür. Çünki belə şəraitdə “asaram-kəsərəm” tipli fikirlər daha çox olur. Bazar da buna adekvat reaksiya nümayiş etdirir. Sonra təbii ki, yenidən eniş edəcək, baxır bazarı yenidən “hürkütməsələr”…

İranla müharibənin uzanması Vaşinqton üçün arzuolunmaz ssenaridir, amma çıxılmaz vəziyyət deyil. Ona görə də ABŞ elə addımlar atacaq ki,

1) İranın hərbi, siyasi və iqtisadi izolyasiyası daha da güclənsin

2) İranın “proksi” qüvvələri daha zərərsiz hala gətirilsin

3) İrana qarşı hərbi əməliyyatların masştabı düşünürəm ki, azalacaq, amma əvəvzində NÖQTƏVİ hava zərbələrinin endirilməsi davamlı olacaq

4) Vaşinqton Avropa ilə davranışında əvvəlki tərzi korrektə etməyə meyllənəcək: çünki görür ki, indiki nizamsız dünyada belə “dəliyəm-doğruyam” siyasəti ilə arzu edilən nəticəyə nail olmaq müşkül bir şeydir

5) ABŞ İsrailin təkcə “qazını” almayacaq, ona başa salacaq ki, qonşuları ilə dil tapmasa, münkündür ki, “canı” da əldən getsin…

 

İlham Şaban

Tacxeber.com

Oxşar xəbərlər

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

redaktor

Çin Yaponiyadan tələb etdi: “Tayvanla əlaqələr dayandırılmalıdır”

admin

Mask Baydeni tənqid etdi

redaktor