CəmiyyətQalmaqal

Bank Heydərovların milyonluq hesablarına həbs qoyub – Azərbaycanın daha bir neçə milyonu küləyə sovrulub

Heydərovlar ailəsinin Avropanın cırtdan ölkəsi olan Andorranın BPA bankında (“Banca Privada d’Andorra”) külli-miqdarda vəsaiti gizlətdiyi hesab 10 ildən bəridir ki, bloklanıb. Nazirin övladları Tale və Nicat Heydərovlar vəsaiti Panamada qeydiyyardan keçmiş CLONMEL INTERNATIONAL Inc. adlı şirkət vasitəsilə yatırıb.

Banca Privada d’Andorra, Andorrada özəl bank idi. Bank 1957-ci ildən fəaliyyət göstərirdi, lakin 2015-ci ildə ABŞ tərəfindən çökdürülüb.

2015-ci ilin martında bank ABŞ tərəfindən çirkli pulların yuyulması mərkəzi kimi şübhəli elan olunduqdan sonra BPA-ya qarşı araşdırmalar başladı.  Bank ləğv edilmə prosesinə daxil oldu və aktivləri Vall Banc-a köçürüldü.

Bankın baş direktoru 70 milyon avroluq çirkli pulların yuyulması işində 7 il müddətinə həbs cəzası aldı. Pulların isə geri ödənilməsi üçün bank hesablarının sahiblərindən pulun mənbəyi haqda sübutlar tələb olundu.

Eyni tələb Heydərovlar ailəsinə qarşı da irəli sürülüb.

Onlardan tələb olunub ki, on milyonlarla avro vəsaitin mənşəyini təqdim etmək tələb olunub. Bu tələb irəli sürüləndən on il keçir. Ancaq bu günə qədər heç bir qanuni əsaslandırma təqdim edilməyib. Buna görə də bu iş pulların mənşəyinin çirkli pulların yuyulması və ya başqa cinayət fəaliyyəti ilə bağlı olduğuna dair açıq şübhələr olan digər müştərilər kimi, məhkəməyə ötürülüb.

Tale və Nicat Heydərov qardaşları Andorranın Konstitusiya Məhkəməsinə şikayət verərək məsələni öz xeyirlərinə çevirməyə çalışıblar. Onlar iddianamədə qeyd ediblər ki, “hesablarının bu qədər uzun müddət ərzində, onların hər hansı cinayət xarakterli davranışına dair heç bir sübut olmadan bloklanması cəza xarakteri alır və bu hal, onların fikrincə, günahsızlıq prezumpsiyası prinsipinin pozulmasıdır”.

Konstitusiya Məhkəməsi isə şikayəti icraata qəbul etməyib, onlara cavab verilib ki, Heydərovlar bloklanmış milyonların qanuni əməliyyatdan qaynaqlandığını göstərən ən kiçik sənədi belə təqdim etməyiblər, bloklanmış pulların geri verilməsi mümkün deyil, çünki PwC (PricewaterhouseCoopers – maliyyə hesabatını aparan şirkət) hesabatı onların qeyri-qanuni mənşəli olması ilə bağlı şübhələri kifayət qədər aydın şəkildə ortaya qoyur.

Məhkəmədən Heydərov qardaşlarına verilən rəsmi məktubda qeyd olunurb: “Şikayət verən tərəf PwC hesabatının gəldiyi nəticələrin düzgün olmadığını anlamağa imkan verəcək səviyyədə lazımi səy göstərməmişdir. Bu hesabat, eləcə də şikayətçilərin apellyasiya şikayətini dəstəkləyən sənədləri ətraflı şəkildə araşdırıldıqdan sonra belə nəticəyə gəlinib ki, həmin sənədlər vəsaitlərin mənşəyini təsdiqləmir; bu fakt, üstəlik, şikayətçilərin nümayəndələri tərəfindən də açıq şəkildə etiraf olunub. Həmçinin bu sənədlər vəsaitlərin köçürülə bilməməsi ilə bağlı ilkin təhlili də şübhə altına almağa imkan vermir”.

 

Cavanşir Həsənli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Təkcə şəxsiyyət vəsiqəsi ilə soyula bilərsiniz – DİQQƏT!

redaktor

İlon Mask: “Süni intellekt iki ilə hər bir insandan, beş ilə isə bütün bəşəriyyətdən ağıllı olacaq”

redaktor

Albaniya ilə neçə il müharibə edirdiniz”?

admin