Azərbaycan Xalq Cümhuriyyətinin qanlı Rusiya imperiyası tərəfindən 28 aprel işğalı Türkiyənin birbaşa dəstəyi ilə mümkün olmuşdur. Türkiyə-Azərbaycan münasibətlərinin bu ləkəli səhifəsi yaddaşlardan silinməmiş Türkiyə ikinci “28 aprel xəyanəti”nə hazırlaşır.
Son bir neçə ayda bir neçə sərsəm təkliflə çıxış edən Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçəli ötən ilin sentyabrında irəli sürdüyü, bütün türk dövlətlərinin və xalqlarına qarşı olan Türkiyə-Rusiya-Çin (TRÇ) ittifaqının yaradılması ilə bağlı bədnam ideyasını gerçəkləşdirməyə başlayıb.
MHP-nin sədr müavini və Samsun millət vəkili professor İlyas Topsakal partiyanın lideri Dövlət Baxçalının şər koalisiyası adlandırdığı ABŞ-İsrail ittifaqına qarşı “Rusiya və Çinlə ittifaq qurmalıdır” təşəbbüsünü müzakirə etmək üçün Moskvaya səfər edib. Topsakal Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin Rusiya və Çinlə ittifaq qurması təklifini çatdırmaq üçün partiya lideri Dövlət Baxçalı Moskvaya bu səfəri etməyi, siyasi partiyalar, məmurlar və ziyalılarla görüşərək təşəbbüsün təfərrüatlarını izah etməyi tapşırıb.
TRÇ ittifaqının yaradılmasını müzakirə etmək üçün MHP lideri Dövlət Bahçelinin göstərişi ilə Moskvaya səfər edən MHP-nin sədr müavini İlyas Topsakal bəyan edib ki, 2028-ci il seçkilərində AK Partiya ilə ittifaq qurmaları üçün “gizli şərt”ləri MHP-yə nazirliklərin verilməsi deyil, Rusiya və Çinlə ittifaq yaradılması ilə bağlı təşəbbüslərinin qəbul edilməsidir. Son seçkidə MHP-nin dəstəyi ilə prezident seçilən Rəcəb Tayyip Ərdoğan növbəti seçkiləri uduzmağı təsəvvür edə bilmədiyi üçün MHP-ilə ittifaqa məhkumdur. MHP isə Ərdoğandan bu dəstəyi müqabilində bəzi nazirliklərin onlara verilməsini deyil, Rusiya və Çinlə ittifaq yaradılmasına başlanılmasını tələb edir.
Vətən Partiyasının lideri Doğu Perinçek bildirib ki, Türkiyənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün Ankara Türkiyə, Rusiya, Çin və İrandan ibarət İttifaq yaradılması ilə bağlı danışıqlar aparır. Perinçek bildirib ki, ABŞ-İsrail-Yunanıstan-Ukrayna hərbi ittifaqına qarşı durmaq üçün Türkiyənin güclü donanmaya və nüvə potensialına malik müttəfiqlərə ehtiyacı var.
Hazırda Türkiyənin “beyin mərkəzləri” Bahçeli və Perinçekin bu təkliflərini əsaslandırmqla, Türkiyə mediası isə geniş təbliğ etməklə məşğuldurlar. Aydın görünür ki, Türkiyə Çin, Rusiya, Şimali Koreya və İrandan ibarət CRINK şər oxuna doğru yönəlir.
Türkiyə müstəqil dövlətdir və geosiyasi seçmini də özü müəyyən etməlidir. Lakin Türkiyə bunu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın suverinliklərinin itirilməsi, Rusiya, İran və Çindəki Türk toplumlarının istiqlal arzularının məhv edilməsi hesabına həyata keçirə bilməz. Azərbaycan bir daha 28 aparel 1920-ci ildə olduğu kimi Türkiyə-Rusiya işbirliyinin qurbanı olmamalıdır və olmayacaqdır.
Bunun üçün Azərbaycan “Xəzər asayişi” Alyansının yaradılmasını müzakirə etmək üçün dərhal İsrail və ABŞ-la danışıqlara başlamalıdır. Qazaxıstan və Özbəkistan da bu prosesə cəlb olunmalıdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyini, suverinliyini qoruyacaq, Rusiya, İran və Çin müstəmləkəsindəki əsir Türk xalqlarının istiqlaliyyətinin yolunu açacacaq yeganə ittifaq olan “Xəzər asayişi” Alyansının yaradılması artıq həyati məəsləyə çevrilib.
“Xəzər asayişi” Alyansının yaradılmasının siyasi, iqtisadi, təhlükəsizlik, texnologiya və loqistikanın müdafiəsi baxımından tarixi zərurət, zamanın diqətəsi olması ilə bağlı daha geniş yazmağa çalışacağam.
