26.6 C
Bakı
23 İyul 2026 08:27
DünyaSiyasət

Tehran Amerikanın Hörmüzdən keçdiyi barədə xəbərləri təkzib etdi

İranın yüksək vəzifəli hərbi rəsmisi Amerika esminesi Hörmüz boğazından keçdiyi barədə məlumatları təkzib edib. O, bu açıqlamanı İran dövlət televiziyasına verib.

Onun sözlərinə görə, “Amerika hərbi gəmisinə xəbərdarlıq edilib ki, əgər Hörmüz boğazına doğru davam edərsə, 30 dəqiqə ərzində hədəfə çevriləcək”. Dövlət televiziyası vurğulayıb ki, “silahlı qüvvələrin qəti və birmənalı xəbərdarlığından sonra Amerika gəmisinə Hörmüz boğazına yaxınlaşmaq qadağan edilib”.

Daha əvvəl Amerikanın “Axios” portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid Amerika rəsmiləri arasındakı mənbələrə istinadəniddia etmişdi ki, şənbə günü bir neçə ABŞ Hərbi Dəniz Qüvvələri gəmisi İranın razılığı olmadan Hörmüz boğazından keçib. (TASS)

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Ukraynanın hücumları Putinin ətrafındakı atmosferi zəhərləyir

redaktor

Orta məktəbdə robot müəllim işə başlayır

redaktor

BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI… – Nə səviyyəsi, nə də başı üçün deyil

redaktor