DünyaSiyasət

İranı güclü edən nədir?

Dövlətlərin güclü və davamlı olmasında ideologiyanın rolu danılmazdır. İdeologiya təkcə nəzəri çərçivə deyil, eyni zamanda cəmiyyəti birləşdirən, çətin dövrlərdə səfərbər edən və dövlətin uzunmüddətli mövqeyini qoruyan əsas dayaqlardan biridir.

Bu gün İran nümunəsinə baxdıqda görürük ki, uzun illərdir müxtəlif siyasi, iqtisadi və hərbi gərginliklər fonunda fəaliyyət göstərən bir dövlətdir. Bir çox hallarda birbaşa və ya dolayı qarşıdurmaların içində olsa da, daxili parçalanma yaşamadan müəyyən sabitliyi qoruyub saxlaya bilir. Bu isə təsadüfi deyil.

Sual yaranır: bu davamlılığın əsas səbəbi nədir? Cavablardan biri məhz ideologiyadır. İranda formalaşmış ideoloji sistem cəmiyyət daxilində vahid baxış və yanaşma formalaşdırır, fərqli təbəqələri ümumi məqsədlər ətrafında birləşdirir və xüsusilə gərginlik dövrlərində dövlətin arxasında dayanmağı təmin edir.

Müşahidə olunur ki, ideologiya burada sadəcə siyasi alət deyil, eyni zamanda səfərbərlik mexanizmidir. Bu mexanizm sayəsində cəmiyyət müəyyən çağırışlar qarşısında daha təşkilatlanmış və dözümlü şəkildə reaksiya verir. Dövlət isə bu birliyə söykənərək öz mövqeyini qorumağa çalışır.

Eyni zamanda ideologiya dövlətin təhlükəsizlik yanaşmasına və xarici siyasət kursuna da təsir edir. Bu, müəyyən hallarda daha sərt və prinsipial mövqelərin ortaya qoyulmasına şərait yaradır və uzunmüddətli strateji xəttin qorunmasına xidmət edir.

Bu da danılmaz faktdır ki, təkcə ideologiya kifayət etmir. Dövlətin real gücü iqtisadiyyat, texnologiya, idarəetmə və sosial rifah kimi amillərlə birlikdə formalaşır. İdeologiya isə bu sistemin birləşdirici və istiqamətverici elementi kimi çıxış edir.

Düşünürəm ki, İran nümunəsi bir daha göstərir: ideologiya düzgün qurulduqda və cəmiyyət tərəfindən qəbul edildikdə, xüsusilə çətin və gərgin dövrlərdə dövlətin davamlılığını və daxili birliyini qoruyan əsas faktorlardan birinə çevrilə bilər.

 

Deputat Ceyhun Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Kremlin zəhərlədiyi Sibir dissidenti: “Rejim qəfil dağılacaq”

admin

Paris görüşü: Fransa–ABŞ–Ukrayna

admin

Kreml Teleqramı qadağan edir? – Durova müraciət edildi

redaktor