DünyaSiyasət

Ərdoğan: İsrailin siyasəti Hitlerin siyasətindən fərqlənmir

Türkiyə prezidenti Ərdoğan İsrailin ölüm hökmünü yalnız fələstinli məhbuslara tətbiq etmək qərarının “aparteid” olduğunu və qanunu irqçi faşizmin alətinə çevirdiyini bildirib.

“Yalnız fələstinli məhbuslara ölüm hökmünün tətbiq edilməsi əslində aparteid deyilmi? Bu, qanundan irqçi avtoritarizmin bir aləti kimi istifadə etmək deyilmi?”

Həqiqətənmi, Hitlerin yəhudilərə qarşı dəhşətli siyasəti ilə İsrail parlamentinin bu qədər qələbə hissi ilə qəbul etdiyi qərar arasında hər hansı bir fərq varmı?

Bütün bu hərəkətlər Fələstin xalqına qarşı yönəlmiş inkarın, dağıdıcılığın, zülmün və siyasi repressiyaların daha bir təzahürü deyilmi?

Ərdoğan bildirib ki, “Bu hərəkətlər, şübhəsiz ki, ayrı-seçkiliyə və irqçiliyə bərabərdir. Bu, 1994-cü ildə Cənubi Afrikada dağıdılmış aparteid rejimindən daha betər bir sistemin tətbiqi deməkdir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mehmet Ali Ağca deyib ki, papa II İoann Paveli öldürmək əmrini Kuziçkindən alıb.

admin

Durov “WhatsApp”ı ələ saldı

redaktor

“Ukrayna hər zamankindən daha yaxşı silahlanıb amma ….”

admin