DünyaSiyasət

Dünya liderləri WhatsApp qrup söhbətlərində Ukraynanı müzakirə edirlər

Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, dünya liderləri Ukraynadakı vəziyyət də daxil olmaqla, müxtəlif beynəlxalq böhranlarla bağlı mövqelərini əlaqələndirmək üçün WhatsApp qrup söhbətlərindən fəal şəkildə istifadə edirlər.

Siyasətçi etiraf etdi ki, bu mesajlaşmanın tərəfdarı deyil, lakin dövlət liderləri arasında işgüzar ünsiyyət səbəbindən ondan istifadə etmək məcburiyyətində qalır.

“Müxtəlif liderlik qruplarından ibarət çoxlu WhatsApp qrupları var. Deməliyəm ki, mən WhatsApp fanatı deyiləm, çünki bu müzakirələrdə və sonsuz WhatsApp mesajlarında itib-batıram. Amma biz bu qrupları müxtəlif formatlar üçün, xüsusən də Ukrayna və sair kimi məsələlər üçün yaratmışıq ki, əlaqə saxlaya bilək”, – Starmer deyib.

Baş nazirin sözlərinə görə, bu cür qruplar siyasətçilər arasında sürətli ünsiyyət qurmağa və hadisələrə tez reaksiya verməyə imkan verir.

Starmer həmçinin hansı dünya liderlərinin WhatsApp-dan ən çox istifadə etməsi ilə bağlı sualı da cavablandırıb.

“Finlandiyalı Aleks Stubb, digər liderləri söhbət üçün ən yaxşı şəkildə bir araya gətirə bilən birinin əla nümunəsidir”, – deyə o bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İspaniya Ukraynaya sursatla dolu beş təyyarə göndərdi – FOTO

redaktor

Vahid Ələkbərov Rusiyada məhkəməyə verildi

redaktor

Keçmiş UFC döyüşçüsü xəstəxanada dünyasını dəyişib

redaktor