İqtisadiyyatTexnologiya

Daim qiymətləri qaldıran Azercell-in gəlirlərin artmasına baxmayaraq vergi ödənişi azalıb

Yarım milyardlıq İT sifarişləri var, amma TOP-100-də cəmi 8 texnoloji şirkət var, İT sektor haradadır?

Dövlət Vergi Xidməti 2025-ci ildə ən çox vergi ödəyən 100 qurumun siyahısını açıqlayıb.

Bu, şəffaflıq və hesabatlılıq baxımından faydalı addımdır.

Siyahını təhlil edərkən texnologiya sektorunun bazardakı xüsusi çəkisini araşdırdım. Dərhal diqqətimi çəkən məqam odur ki, 2024-cü illə müqayisədə böyük vergi ödəyicisi olan İT şirkətlərinin sayı azalıb.

2024-cü ildə TOP-100-də texnologiya və telekom sektorundan təxminən 12 şirkət vardısa, 2025-ci ildə bu rəqəm 8 şirkətə düşüb. Bu isə yüz milyonlarla manat dövlət sifarişləri alan İT sektorunun real iqtisadi çəkisi ilə bağlı ciddi suallar yaradır.

2025-ci ilin ən böyük vergi ödəyən texnoloji şirkətləri bunlardır:

Azercell — 115.7 mln

Azerconnect Group — 81.2 mln

ABC-Telecom — 40.1 mln

Caspian Tech — 39.8 mln

Bakcell — 26.5 mln

Bestcomp Group — 17.5 mln

Delta Telekom — 17.0 mln

AzerTelekom — 15.5 mln

Bu siyahı göstərir ki, sektorun əsas yükü yenə mobil operatorlar və infrastruktur provayderlərinin üzərindədir.

Dövlət sifarişləri üzərində “oturan” klassik sistem inteqratorlarının və İT şirkətlərin əksəriyyəti i TOP vergi ödəyiciləri arasında görünmür. Bu da böyük dövlət resurslarının hələ də güclü və rəqabətli İT sektoruna çevrilmədiyini göstərir.

2024-cü ilin ən böyük vergi ödəyən texnoloji şirkətlərdə vəziyyət beləydi:

Azercell – 127.6 mln

Bakcell – 41.8 mln

Nar – 25.8 mln

Azerconnect – 23.1 mln

Delta Telekom – 19.5 mln

SAP – 16.8 mln

İrşad – 14.3 mln

MPay – 13 mln

BestComp – 12.5 mln

AzInvest Telecom – 11.6 mln və s.

Müqayisədə bir neçə maraqlı detal ortaya çıxır:

1. BestComp-un ödədiyi vergi 5 milyon artaraq 17.5 mln-a çatıb. Son zamanlar müşahidələr göstərir ki, bu şirkət daha çox xarici bazarlara və startap sahəsinə yatırımlar edir.

2. Delta Telekom-un vergisi azalıb və ondan sonra formalaşn AzerTelekom artıq ona yaxın göstərici ilə TOP-100-ə daxil olub.

Çox güman ki, DeltaTelekom-un ən böyük müşterisi olan AzTelekom-un da Delta-dan ayrılması və müstəqil magistral olaraq fəaliyyətə başlaması burda böyük rol oynayıb.

3. Daim qiymətləri qaldıran Azercell-in gəlirlərin artmasına baxmayaraq vergi ödənişinin azalması da diqqət cəlb edəndir

İTsektorda vergi ödəyicilərin sayının və həcminin azalmasında güman ki İRİA-nın apardığı qüsurlu siyasət də rol oynayıb.

Düşünürəm ki son illər iri İT şirkətlərin əsassız olaraq texnopark rezidentliyinə cəlb edilməsi və geniş vergi güzəştləri də bu mənzərəyə təsir edir. Göürünür ki, DVX onlarla çox vuruşsa da gücləri çatmayıb .

Amma nəhənglərin əldə etdiyi bu güzəştlərin əvəzində ekosistemə, ixraca və məhsul yaradılmasına ciddi töhfələri hələ görünmür.

Fikrimcə,hökumət dövlət sifarişlərində real rəqabətin təmin edilməsinə, ixracyönümlü İT şirkətlərə dəstəyə, startap və KOB-ların dövlət sifarişlərinə çıxışına, məhsul yaradan şirkətlərin stimullaşdırılmasına daha çox diqqət yetirməlidir

p.s. DVX-nin “Google vergisi” və qlobal platformaların (Google, Meta, Apple, TikTok və s.) Azərbaycanda ödədiyi vergiləri də açıqlaması sektordakı real mənzərəni daha aydın göstərər.

 

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Banklar vətəndaşları belə ALDADIR – Millət vəkili açıqladı

admin

Azərbaycanda statistika da “siyasiləşib”

admin

“Hansısa arxalı oğlan Çindən gətirdiklərini burada birləşdirib adını istehsal qoyub?!”

redaktor