DünyaSiyasət

Boltondan Trampa sərt tənqid: “Danışıqlar seçimi zəifliyin göstəricisidir”

Trampın danışıqlar qrupuna vitse-prezident Cey Di Vənsi təyin etmək qərarını, Trampın keçmiş müşaviri olmuş Con Bolton səhv qərar adlandırıb.

Düşmən tərəfindən danışıqlar qrupunun seçilməsinə icazə verilməməlidir deyə Bolton bildirib.

Tramp çıxış yolu tapa bilmirdi və çarəsiz qalaraq danışıqlar üçün variant axtarmağa çalışırdı. Mətbuatda gedən yazılar, eləcədə sosial mediada aparılan müzakirələr onun ümidsizliyini göstərirdi. Bütün bunlara görə İranlılar hesab edirlər ki, hazırda üstünlük  və ya ən azı psixoloji üstünlük məhz onların tərəfindədir.

Trampın panikasını nəzərə alsaq, çox güman ki, biz prosesin finalına çıxmışıq. O, sadəcə qələbə elan etmək və yeni bir stiuasiyaya keçid etmək istəyir.

Yalnız İran tərəfinin ciddi səhvləri onu qətiyyətli addımlar atmağa məcbur edə bilər deyə Bolton əlavə edib.

 

Qaşqay İsmayıl

Tacxeber.com

Oxşar xəbərlər

Savaşa davam, qana doymadıq…

redaktor

Rusiya-Ukrayna konflikti… Bu dəfə sülh şansı görünür

redaktor

Azərbaycanı niyə İran üçün nişangaha çevirirlər?

redaktor