Bu hadisəni paylaşıram, cəmiyyət içində bəzi pedofil cinayətə meyllilərə önləyici təsir üçün. Həm, valideynlərə də, azyaşlı uşaqları barədə ehtiyatlı olmaları, həm azyaşlı qızlarla nigahın cəmiyyətdə bu əmələ yol aça bilməsi barədə.
Tacikistanın vətəndaşı və Britaniyada yaşayan pedofil şəhərlərarası qatarda 13 yaşlı qıza qarşı “iyrənc” təcavüz törədib. 50 yaşlı Əbdürrəhman Valiev bunu yeniyetməyə qarşı qatarda törədib. (Deyilənə görə özü vaxtilə azyaşlı qızla evlənib)
Tacik Sautenddən Londona gedən axşamüstü qatarında, qızın tək getdiyi vaqonda qarşısında oturub. Və telefonun tərcümə tipli imkanından istifadə ilı qızla söhbətə girməyə çalışıb. Onda qızı tez ayağa durub və vaqonda yerini dəyişib.
Ədurrahman qızdan əl çəkməyib və iki nəfərlik oturacaqda yanında oturub onu pəncərə tərəfə sıxıb ona qarşı təzyiqli seksual hərəkətlər edib. Yeniyetmə növbəti stansiyada pedofilin əlindən birtəhər çıxmağı bacarıb və ikinci qatara minib.
İkinci qatarda gedən sərnişinlər isə qızı hədsiz stress vəziyyətdə görüb də Britaniya Nəqliyyat Polisi (BTP) ilə əlaqə saxlayıblar. Mülki geyimli polis əməkdaşları həmin dəhşətli hadisədən 11 gün sonra Əbdürrəhmanı həbs ediblər. London stansiya və qatarlarındakı bütün video, fotoları analiz etmək və digər, kriminalistik imkanlarla.
Evində aparılan axtarış təcavüz günü geyindiyi paltarları aşkar edib və bu Prokurorluğa təqdim edilən geniş dəlillərə əlavə edilib. Dünən 9 aprel tarixdə Daxili London Krallıq Məhkəməsində o, azyaşlıya təcavüz ittihamı ilə günahkar bilinib.
Britaniya Nəqliyyat Polisi təhqiqat kriminalisti Elizabet Kehill deyib: “Valiyev həssas bir uşağı hədəfə alaraq onu indiyədək araşdırdığım ən alçaq cinsi təcavüzlərdən birinə məruz qoyub. Şübhəsiz ki, diqqətlər onun alçaq cinsi yırtıcı olmasına yönələcək. Amma mən bunu polisə bildirməyə cəsarət edən qızcığaza heyranam.”
“Bu hökm bu qızın baş verənlər barədə verdiyi məlumat və istintaqa dəstəyi istəyi olmadan, mümkün olmazdı. Biz cinsi təcavüzlə bağlı ən kiçik belə hər bir xəbəri son dərəcə ciddi qəbul edirik və bu kimi cinayətkarların qanuni ədalət mühakiməsinə cəlbi üçün hər şeyi edəcəyik!”
Əbdürrahman Valievə 17 iyunda Daxili London Krallıq Məhkəməsində hökm oxunmalıdır. Belə görünür, sərt və ağır. Oxunsa yaxşıdır. Və bütün ölkələrdə, dinlərdə pedofiliya cinayətinə gətirib çıxaran, uşaq seksuallığına yaşıl işıq yandıran, azyaşlı qızlarla nigah halı qadağan edilməlidir!
